Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“PAŞA Bank” şirkətlərə “B2B” ödəniş xidmətində yenilik təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” şirkətlərə “B2B” ödəniş xidmətində yenilik təqdim edir

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ən müasir həlləri daha da əlçatan edir.

Müştərilərin artan ehtiyaclarını qarşılamaq məqsədi ilə məhsul və xidmətlərini daim təkmilləşdirən Bank, “B2B” (biznesdən biznesə) ödənişlər xidmətində yenilik tətbiq edir. Belə ki, müştərilərə birbaşa şirkətin “ERP” (Müəssisə Resurslarının Planlaşdırılması) sistemindən müvafiq ödənişləri icra etmək imkanı təqdim olunur.

Müştərilər biznesdən biznesə ödənişlər xidməti vasitəsilə bank sisteminə daxil olmadan, birbaşa öz “ERP” sistemlərindən ödənişləri icra edə bilərlər. Bunun üçün şirkətin "ERP” sistemi bank sistemi ilə “API” (Tətbiq Proqramlaşdırma İnterfeysi) üzərindən inteqrasiya edilir. Bu inteqrasiya sayəsində hesablar arası köçürmələrin, ölkədaxili və ölkəxarici ödənişlərin, vergi və büdcə ödənişlərinin, əməkhaqqı köçürmələrinin və valyuta mübadiləsi əməliyyatlarının “ERP” sistemindən birbaşa icrası mümkün olur.

Müştərilər bu xidmət vasitəsilə onlayn bankda təkrar ödəniş kombinasiyasını yığmadan, vaxta qənaət edə, ödənişlərini rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Eyni zamanda, daha müasir texnologiyadan istifadə texniki xətaları da minimuma endirmək imkanı yaratmış olur.

“B2B“ ödəniş xidməti haqqında ətraflı məlumat əldə etmək, həmçinin qoşulma təlimatı ilə tanış olmaq üçün keçid: https://pshb.az/B2Bodenishler

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

biznesdən biznesə b2b paşa. bank
13.10.2022 15:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18