İsveç rəsmiləri “Şimal axını”ndakı hadisələrin arxasında kimin dayandığını hələ bilmirlər
Aftonbladet qəzeti yazır ki, onlar, çox güman ki, qəsdən xarakter daşıyırlar“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində qaz sızması ilə bağlı hadisələr çox güman ki, məqsədyönlü xarakter daşıyır.
Marja.az-ın məlumatına görə, Çərşənbə günü "Aftonbladet" qəzeti xəbər verir ki, İsveç hökumətinin üzvləri fövqəladə iclas zamanı bu qənaətə gəliblər.
Xarici işlər naziri Ann Linde görüşdən sonra qeyd edib ki, "biz bu hərəkətlərin arxasında kimin dayandığı və onların motivlərinin nə olduğu barədə spekulyasiya etmirik".
Öz növbəsində, baş nazir Magdalena Andersson Stokholmda keçirdiyi mətbuat konfransında bildirib ki, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində qaz sızması ilə bağlı hadisələr çox güman ki, qəsdən xarakter daşıyır". Onun sözlərinə görə, onlar neytral sularda baş verib və aşkar edilmiş sızmalardan biri İsveçin iqtisadi zonasında yerləşir. Hökumət təxribatın krallığa qarşı yönəldiyinə inanmır, lakin ölkənin silahlı qüvvələri Baltik dənizindəki vəziyyəti diqqətlə izləyir.
İsveç silahlı qüvvələri daha əvvəl bildirmişdilər ki, hadisələrlə Rusiyada qismən səfərbərliyin başlanması arasında əlaqə olduğunu istisna etmirlər. "Əlaqə ilə bağlı birbaşa sübut yoxdur, lakin bu variantı da istisna etməmək mümkün deyil" general-leytenant Maykl Klasson deyib.
İsveç polisi ağırlaşdırıcı şəraitdə təxribat maddəsi ilə cinayət işi açıb. Eyni zamanda, qaz kəmərləri qazdan tamailə boşalana qədər qəza yerinə baxış keçirmək mümkün deyil. Mütəxəssislərin fikrincə, bu proses bir-iki həftə çəkə bilər.A.D
Xəbər verdiyimiz kimi, bir neçə saat ərzində “Şimal axını 1” və “Şimal axını-2” qaz kəmərlərində üç sızma aşkar edilib. Onlardan birincisi Danimarkanın Bornholm adası yaxınlığındakı "Şimal axını - 2"də aşkar edilib. Daha sonra “Şimal axını”nda iki sızma qeydə alınıb. Danimarka Enerji Agentliyi böyük miqdarda qazın dənizə daxil olduğunu bildirib. Təyyarə və gəmilərin insident yerinə beş dəniz milindən daha yaxın yaxınlaşması qadağandır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın “bu xəbərlərdən son dərəcə narahat olduğunu” bildirib və boru kəmərlərinin zədələnməsinin təxribatın nəticəsi ola biləcəyini istisna etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























