"Kreml qaz kəmərlərində təzyiqin azalması ilə bağlı məlumatdan narahatdır"
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml qaz kəmərlərində təzyiqin azalması ilə bağlı məlumatlardan son dərəcə narahatdır.
Peskov çərşənbə axşamı jurnalistlərə müsahibəsində deyib ki, "Şimal axını" xətlərində təzyiqin azalması və zədələnməsi ilə bağlı məlumatlar çox narahatedici xəbərlərdir.
"Dünən məlumat var idi, həm "Qazprom"dan, həm də əməliyyat şirkətindən gəldi. Bu, çox narahatedici xəbərdir. Doğrudan da, söhbət boru kəmərində hansısa zədələnmədən söhbət gedir, Danimarkanın iqtisadi zonasında hansı növ dağıntılar olduğu hələ məlum deyil. Doğrudan da, təzyiq əhəmiyyətli dərəcədə aşağı düşüb”, - Peskov bildirib.
"Bu, tamamilə görünməmiş bir vəziyyətdir və təcili araşdırma tələb edir. Biz bu xəbərdən son dərəcə narahatıq", - o əlavə edib.
Peskov istisna etməyib ki, hadisə təxribatın nəticəsi də ola bilər.
“İndi biz bir variantı istisna edə bilmərik”, o deyib.
Peskov vurğulayıb ki, “bu, bütün qitənin enerji təhlükəsizliyi ilə bağlı məsələdir”.
Nord Stream AG-nin daha əvvəl bildirdiyi kimi, eyni gündə “Şimal axını 1” və “Şimal axını 2” dəniz qaz kəmərlərinin üç xəttində baş vermiş zədələnmələr görünməmiş bir hadisədir və bərpa müddətini hələlik təxmin etmək mümkün deyil.
“Der Tagesspiegel” qəzeti öz mənbələrinə istinadən yazıb ki, qaz kəmərlərində təzyiqin aşağı düşməsinə məqsədli təxribat səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti





























