Rasim Məmmədov: ""Baku Steel Company"dən başqa yerlərə tapşırıqla pullar gedib"
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlərin dindirilməsi mərhələsi başlayıb.
Şahid qismində ilk olaraq ixtisasca rus dili ədəbiyyatı müəllimi olan, 2008-ci ildən isə "Baku Steel Company"nin xəzinədarı işləyən Zemfira Əliyeva ifadə verib. O, 2020-21-ci illərdə şirkətin kassasında 13 milyon 200 min manat çatışmazlıq olduğunu deyib: "Kassada böyük məbləğdə çatışmazlıq olması barədə maliyyə idarəsinin rəisi Çingiz Həsənov və şirkətin direktoru Süleyman Məmmədova məlumat vermişəm. Hər dəfə də bunun mənim işim olmadığını deyib, işdən çıxarıla biləcəyimlə hədələyirdilər. Mən faktiki olaraq pul görməmişəm, bankdan çıxıb harasa gedirdi. Dəqiq deyə bilmərəm, amma eşitmişəm ki, şirkətin rəhbərinə gedir. Nəhayət, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etdim".
İclasın davamında xəzinədar prokurorun və müdafiə tərəfinin suallarını cavablandırıb.
Dövlət ittihamçısı şahidə nəyə görə kassadakı əskikdən Rasim Məmmədovun da xəbərinin olmasını düşündüyünü soruşub.
Şahid bunu Rasim Məmmədovun rəhbər olması ilə əlaqələndirib.
Rasim Məmmədovun vəkili Pərviz Məmmədov şahiddən kassada çatışmazlıq olduğunu necə müəyyən etdiyini soruşub: "Bəlkə pulları kassadan oğurlayıblar?"
Baş mühasib bunu məbləğin uçota oturmaması ilə müəyyən etdiyini deyib.
Pərviz Məmmədovun "Siz həmin 13 milyonu götürüb kassaya əlavə etmisinizmi” sualına isə şahid "Mən görməmişəm, virtual olub", - deyə cavab verib.
Rasim Məmmədov şahidin dediklərini qəbul etməyib. O, "Baku Steel Company" şirkətinə 13 milyon manat gəlmədiyini, həmin pulun "Azeri Steel Company"nin kassasına getdiyini deyib.
Bundan sonra iclasda 18 ildir, "Baku Steel Company"nin baş mühasibi işləyən Kamran Qəhrəmanov dindirilib.
Şahidin sözlərinə görə, hesabdan çıxan pullar "Baku Steel Company"nin kassasına daxil olmadan "Azeri Steel Company" şirkətinə gedib. Metal satışından sonra aparılan kassa əməliyyatları zamanı isə 13 milyon kəsr yaranıb: “Metal satışları zamanı kəsrlər olurdu, sonra bağlanırdı. Amma həmişə bir “quyruq” qalırdı. 13 milyon isə bir ilin kəsiridir".
Şahid prokurorun suallarını cavablandıran zaman çatışmazlıqlarla bağlı maliyyə idarəsinin rəisi Çingiz Həsənova məlumat verdiyini, lakin hər dəfə eyni cavab aldığını bildirib: "Deyirdi, zavodun yiyəsinin öz puludur, istəyər yeyər, istəyər xərcləyər".
Baş mühasib sual-cavab zamanı 13 milyon manatın Rasim Məmmədova çatdığını görmədiyini desə də, həmin pulun zavod üçün də xərclənmədiyini bildirib.
Vəkil Zübeydə Sadıqovanın "Yeyinti ilə bağlı nə vaxtsa hüquq-mühafizə orqanlarına şikayət etmisinizmi" sualını isə şahid "Xeyr, belə bir şey Rasim Məmmədova qarşı çıxmaq olardı” cavabını verib.
Rasim Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən 13 milyon manatın yeyinti olmadığını deyərək, pulun hara getdiyini izah edib: "Şirkətə metal vermələri üçün Dövlət Əmlak Komitəsinə 10 milyon dollar vermişik. Lakin bizə 8 milyon 800 dollarlıq metal göndərdilər. Bu günə kimi komitənin bizə 1 milyon 200 min dollar borcu var. 2 milyon 500 min manat da Bakı Poladtökmə Zavodunun rəhbəri Loğman Zülfüqarlıya verilib. Bundan başqa, ötən prosesdə zərərçəkmişin vəkili də söz açdı ki, filan obyektin tikintisinə pul gedib. Bəli, tapşırıqla başqa yerlərə də gedən pullar olub".
İclasda sonuncu olaraq "Azeri Steel Company" şirkətində fəhlə işləyən Xəyal Əhmədov şahid qismində ifadə verib. Qeyd olunub ki, Xəyal Əhmədov bəzi hallarda Rasim Məmmədova və şirkətin maliyyə direktoru Çingiz Həsənova göndərilən pulları daşıyıb.
“Samir adlı bir nəfər var idi. Bir neçə dəfə mənə sənəd və pullar verib ki, Rasim Məmmədova və Çingiz Həsənova çatdırım, mən də əmanətləri aparıb köməkçilərə təhvil vermişəm. Amma nə qədər pul olub onu bilmirəm", - deyə Xəyal Əhmədov bildirib.
Təqsirləndirilən şəxs şahidi tanımadığını deyib.
Proses sentyabrın 30-da davam etdiriləcək.
Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
©️ Apa
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
25 d. əvvəl
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
48 d. əvvəl
7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası
Azərbaycan neftinin son qiyməti
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib
Rəsmi məzənnələr açıqlandı
Heyvanların erkən kəsimi ilə bağlı cərimə tətbiq oluna bilər
İşğaldan azad edilmiş ərazilərdə xəstəlikdən azad zonalar yaradılacaq və dünyaya ət, ət məhsulları ixrac ediləcək
46 müəssisənin 78 kolbasa və sosiska məhsullarda insan istehlakı üçün yararsız göstəricilər müəyyən edilib




















