“AYİB Azərbaycanda layihələrə 750 milyon avro ayıracaq” - MÜSAHİBƏ
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudovanın müsahibəsi
- Kamola xanım, AYİB prezidenti Odil Reno-Bassonun Azərbaycana səfəri baş tutdu və bir sıra müqavilələr imzalandı. Ümumilikdə qarşıdakı dövrdə AYİB-in Azərbaycan portfeli nə qədər arta bilər?
- Onu deyə bilərəm ki, qarşıdakı üç il müddətində Azərbaycanda 30-35 layihəyə 750 milyon avro həcmində kredit ayırmağı planlaşdırırıq. Əvvəllər olmadığı qədər böyük layihələrdir və burada həm dövlət, həm də özəl sektor iştirak edir. Layihələrin 20-30%-i nəqliyyat sektoru ilə bağlıdır. Qalan hissəsi isə enerji, istehsal sahələri və özəl sektorla bağlıdır.
- İmzalanan müqavilələrdən biri Gəncə şəhərində icra edilən pilot layihə ilə bağlı idi. AYİB digər şəhərlərdə bu layihələri icra etməyi planlaşdırır?
- AYİB-in prezidenti Odil Reno-Basso Azərbaycana səfər etdi və Gəncə ilə bağlı ikinci layihə imzalandı. Bizim “yaşıl şəhər” layihələrinə Gəncədən başlamağımız həm də rəmzi xarakter daşıyır. Bilirsiniz ki, ikinci imzalanan layihə 20 milyon avro dəyərindədir. Bu küçələrin işıqlandırılması (street lighting) ilə bağlıdır. Beləliklə, Gəncə regionda ən son müasir işıqlandırma sisteminə sahib olacaq. Dəstək təkcə 20 milyon avro ilə məhdudlaşmır, həmçinin Avropa İttifaqı tərəfindən 2,5 milyon avro qrant ayrılıb. Maraqlısı odur ki, bu layihə Aİ, Türkiyə və Norveçlə yanaşı, Azərbaycan tərəfdən də maliyyələşdirilir. Bu baxımdan Gəncə bizim üçün ilk nümunədir. Amma “yaşıl şəhər” layihəsini daha iki şəhərdə - Mingəçevir və Sumqayıtda da həyata keçirməyi planlaşdırırıq.
- Bu da eynilə küçələrin işıqlandırması layihəsi ilə bağlı olacaq, yoxsa necə?
- Hər iki şəhərin özünəməxsus problemləri var. Bu içməli su ilə də bağlı ola bilər. Hələlik dəqiq bilmirik. İndi Sumqayıt və Mingəçevirin daha çox hansı problemlərlə üzləşdiyini, bu şəhərlərdə daha çox nəyə ehtiyac olduğunu araşdırırıq.
- Bunlar arasında karbon emissiyasının azaldılmasını dəstəkləyən layihələr var? Məsələn, ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı?
- Digər ölkələrdə biz bu sahədə uğurlu nəticələr əldə etmişik. Xüsusilə də, buna elektrik avtobuslarını aid etmək olar. Müxtəlif ölkələrdə əhalinin şəxsi avtomobillərdən istifadəsinin azaldılması üçün ağıllı elektrik avtobus marşrutları üzrə layihələr icra etmişik. Hazırda 50 şəhər bu layihənin üzvüdür. Azərbaycandan isə belə bir müraciət almamışıq. Əgər müraciət olarsa, təkcə maliyyə baxımından deyil, təcrübə baxımından da biz dəstək olmaqdan şad olarıq. Bilirsiniz, biz layihələri icra edərkən, səhvlərimiz üzərindən öyrənmişik, geniş təcrübə qazanmışıq, nəyə ehtiyac olduğunu, nəyə olmadığını yaxşı bilirik. Yəni, ekoloji təmiz ictimai nəqliyyat sisteminin, elektrik avtobuslar layihəsinin yaradılması üçün ən optimal yolunu bilirik və dəstək olmağa hazırıq.
- Kamola xanım, Azərbaycanda ekoloji təmiz enerji infrastrukturunun qurulmasına dəstək göstərirsiniz. Bu Qarabağı da əhatə edə bilər?
- Bəli, Qarabağda icra edilən layihələrə də dəstək göstərə bilərik, biz bunda çox maraqlıyıq. Sadəcə bu sahədə hökumətin təkliflərini gözləyirik.
- Azərbaycanda icra etdiyiniz layihələrdə hansısa çətinliklərlə üzləşmisiniz?
- Üzləşdiyimiz çətinliklər digər ölkələrlə eynidir, Azərbaycana məxsus xüsusi bir hal yoxdur. Maliyyə təqdim edilən zaman ilkin məsələlərdən biri layihəni icra edəcək insan resursunun formalaşdırılmasıdır. Çünki adətən insanlar layihələri necə həyata keçirəcəklərini bilmirlər. Ona görə də təlimlər keçirik. Sonrakı mərhələyə maliyyə idarəetməsi, satınalmalar, hesabatların hazırlanmasını aid etmək olar. Növbəti mərhələ layihənin mühəndislik hissəsi, yəni bina tikilməsi, yolların salınması, avtobus alınması və s. kimi işlər aiddir. Yəni, icra edilən layihələrdə müxtəlif mərhələləri sistemli şəkildə işləyirik. Biz bu layihələri bir çox ölkələrdə dəfələrlə icra etmişik. Unikallıq isə ondan ibarətdir ki, təkcə maliyyə dəstəyi göstərmirik, həmçinin təcrübəmizi təqdim edirik, eyni zamanda, qanunvericiliyin yenilənməsinə kömək edirik. Məsələn, “yaşıl şəhər” üçün maliyyə ayırırıq, layihənin icra edəcək şəxslərə təlim keçməklə yanaşı, bununla bağlı zəruri qanun layihəsinin hazırlanması dəstək göstəririk.
Belə deyil ki, biz gəldik, məsləhət verdik və hər şey bitdi. Məsələn, son nümunədə görürsünüz. Biz yerli bankalara təlim keçirik, texniki dəstək göstəririk. Daha sonra banklar bizim köməyimiz olmadan layihəni davam etdirirlər.
- Azərbaycan banklarına texniki dəstək proqramını icra etdiniz və dörd bank iştirak etdi. Layihə digər banklarla davam edəcək?
- Hələlik, xeyr. Amma, rəqəmsallaşma, komplaynsla bağlı layihələr ola bilər. Biz çalışırıq ki, dövlətin iştirakı olmayan, özəl və müstəqil banklara diqqət ayıraq. Bununla belə, Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq üzərində də çalışırıq.
- Hazırda əsas trend rəqəmsal ödəmə sistemləri və onlara keçidin sürətlənməsidir. Azərbaycan Mərkəzi Bankı ilə bu istiqamətdə hansısa yeni layihələrin icrası planlaşdırılır?
- Bizim texniki dəstək proqramlarımızın investisiya sahəsini əhatə edir. Hazırda konkret layihəmiz yoxdur. Amma Azərbaycan Mərkəzi Bankı (AMB) ilə potensial layihələri müzakirə edirik. AMB ilə çox yaxşı əlaqələrimiz var. Biz Mərkəzi Bankın yeni sədri və onun yeni planlarını dəstəkləməyə hazırıq. Əgər, o AYİB-in maliyyə alətlərindən istifadə etməyi qərara alsa, buna hazırıq. Buna ödəniş sistemlərinin rəqəmsallaşdırılması və "smart" layihələr də daxildir.
- AYİB-in Azərbaycan şirkətlərinə dəstək layihələrini izləyəndə məlum olur ki, bəzi layihələrə maliyyə dəstəyindən imtina edilir. Bu nə ilə bağlıdır?
- AYİB-in maliyyə dəstəyini əldə etmək çox çətindir. Çünki bununla bağlı tələb olunan standartlar çox yüksəkdir. Yəni, təklif edilən layihələr bəzən bu standartlara uyğun olmur. AYİB maliyyə dəstəyindən faydalanmaq istəyən yerli şirkətlərə onu xüsusi vurğulamaq istəyirəm ki, bu dəstəyin ayrılması həm də ölkənin AYİB qarşısındakı məsuliyyətidir. Çünki ümumilikdə AYİB portfeli Azərbaycana təqdim edir. Yəni, siz AYİB-dən fərdi qaydada kredit götürürsünüzsə, həm də düşünməlisiniz ki, kreditin qaytarılmasında hər hansı problem yaransa, neqativ tarixçə formalaşarsa, bu, ümumilikdə Azərbaycanda olan bütün müştərilərə təsir edəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 23 saat əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev və Ramazan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Ən çox oxunanlar
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















