Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat - YENİLƏNİB
Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
09: 19 - Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.
Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.
XXX
08:00 - Paşinyan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım istəyib
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Respublika prezidenti Vahaqn Xaçaturyan və Parlamentin sədri Alen Simonyan da iştirak edib.
İclasda, guya Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı gecə yarısı başlayan təcavüzkar hərəkətlərinə qarşı yönəlmiş növbəti addımlar müzakirə olunub (Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdır - Azərbaycan Müdafiə Nazirliyi).
Ermənistan Respublikasının suveren ərazisinə "təcavüzlə" bağlı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət edilməsi barədə qərar qəbul edilib.
Rusiyanın TASS agentliyi xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasından kömək istəməyə qərar verib.
XXX
ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb
06: 00 - ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb və bildirib ki 2 ölkə arasında olan ziddiyyətin hərbi yolla həlli yoxdur.
Bu açıqlama ilə ABŞ-ın Dövlət katibi Entoni Blinken çıxış edib.
Diplomat qeyd edib ki, ABŞ Ermənistan-Azərbaycan sərhəddində baş verən hərbi əməliyyatdan narahatdır, tərəfləri istənilənn hərbi əməliiyyatdan çəkinməyə çağırır.
XXX
03: 44 - Ermənistan sərhəddə toqquşmada ölənlərin və yaralananların olduğunu açıqlayıb.
Bu barədə ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan MN-in mətbuat katibi Aram Torosyan keçirdiyi brifinqdə hazırda ölənlərin və yaralananların sayının dəqiqləşdirildiyini deyib.
XXX
Azərbaycan Ordusunun Qafanda təcili tibbi yardım maşınını vurması xəbəri dezinformasiyadır
03: 41 - Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.
02:59 - Paşinyan Rusiya və Fransa prezidentləri ilə danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Sputnik Armenia” xəbər verir ki, Paşinyan Putinə Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə məlumat verib.
Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
“Sputnik Armenia”nın xəbərinə görə, Fransa prezidenti gərginliyin yolverilməz olduğunu və deeskalasiyanın zəruriliyini vurğulayıb.
Azərbaycanın hərbi təyyarəsinin vurulması xəbəri yalandır
02:57 Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
02: 17 - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.
Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
XXX
01:54 - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı
Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı.
XXX
01: 07 - Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.
Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.
Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.
Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Əliyev: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
-
10 saat əvvəl
Pezeşkian: Bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik
Son Xəbərlər

"Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq"

Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib

İqtisadiyyat Nazirliyi ABŞ şirkətilə anlaşdı

Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq

"Məramımız, məqsədimiz birdir" - MƏTBUATA BƏYANATLAR

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib
Ən çox oxunanlar

TuranBank ağacəkmə aksiyasında iştirak edib

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı və nağdsız əməliyyatların həcmi kəskin artıb

Əliyev: İran Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib
