Bakı-Qəbələ dəmir yolu xətti niyə boş qalıb?
" “Azərbaycan Dəmir Yolları” vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur".Qəbələ Dəmir Yolu Vağzalının və Ləki-Qəbələ birtərəfli dəmir yolu xəttinin açılışından 1 ildən çox vaxt keçib.
Bununla belə, hələ ki, bu dəmir yolu ilə sərnişin daşımaları həyata keçirilmir.
Halbuki, hazırda turizm mövsümüdür və Qəbələ Azərbaycanın turizm destinasiyaları arasında ilk üçlükdə qərarlaşıb. Bəs görəsən yeni xəttin açılması nə zaman baş verəcək və gecikmələr turizm axınına necə təsir edəcək?
Turizm eksperti Samir Dübəndi hesab edir ki, qatarların ölkə daxilində fəaliyyəti, dəmir yol şəbəkəsinin inkişafı turizm üçün çox önəmli amildir:
“Qatarla daha rahat və daha uzun məsafəyə səfər etmək mümkündür. Gəncə istiqamətində sürətli adlandırılan dəmir yolu xəttimiz var, düzdür bu qatar bir o qədər də sürətli deyil. Lakin turizmə töhfə verir. Hesab edirəm ki, ölkənin dəmir yol şəbəkəsini genişləndirmək və təkmilləşdirmək lazımdır. Bəzi yerlərdə dəmir reyslərinin dəyişdirilməsi, bəzi istiqamətlərdə isə yeni yolların salınmasına ehtiyac var. Düşünürəm ki, dəmir yolları yaxşı işləsə ölkədə turistlər üçün xeyli imkanlar yarana bilər. Biz turistlərin rahatlığını bununla təmin edə bilərik. Bununla yanaşı, avtomobil yollarında olan sıxlığı da aradan qaldıra bilərik”.
S. Dübəndi qeyd edib ki, Qəbələ son illər ölkədə inkişaf etmiş turizm destinasiyasına çevrilib: “Qəbələdə Beynəlxalq Hava Limanı da fəaliyyət göstərir. Bu hava limanının daha geniş və daha fərqli istiqamətlərdə aviareyslərin həyata keçirilməsi arzu ediləndir”.
Turizm eksperti Rəhman Hacıyev isə hesab edir ki, Qəbələyə qatarın işləməsi aşağı büdcəli turistlərin əlçatanlığına şərait yaradar:
“Bu isə bölgəyə turist axınının genişlənməsinə səbəb olar. Bu gün Qəbələyə müxtəlif turizm marşrutları təşkil edilir. Lakin ölkədə və xarici turistlər arasında qatarla səyahət etməyə marağı olanlar çoxdur. Qatarların faəliyyəti Qəbələyə daha təhlükəsiz şəraitdə çatmağa imkan verər. Biz əvvəlki tarixə nəzər salsaq görərik ki, sovet dövründə turistlər qatarla hərəkət edirdilər. Bütün ölkə daxilində sanatoriyalara gedənlər əsasən qatarla hərəkət edirdilər”.
O vurğulayıb ki, bu gün Qəbələ həm yerli, həm də xarici turistlər üçün önəmli əsas məkandır: “Hazırda digər ölkələr üçün aviabiletlər pandemiyadan əvvəlki illə müqayisədə 2 dəfə bahalaşıb. Bu isə yerli turistlərin ölkədə qalmasına səbəb olub. Həmçinin, quru sərhədlər də bağlanıb. Hər il ölkədə çoxlu sayda insanlar Rusiyanın müalicəvi istirahət mərkəzlərinə üz tuturdular. Artıq onlar da ölkə daxilində istirahət etməyə önəm verirlər. Onu qeyd edə bilərəm ki, Qəbələ istiqamətində hotellərdə istirahət günləri, bayram günləri yer tapmaq çox çətindir. Bu baxımdan, Bakı-Qəbələ qatarın açılması zəruridir. Alternativ nəqliyyat vasitələrinin fəaliyyəti turizmin inkişafını şərtləndirən amillərdəndir”.
Bəs “Azərbaycan Dəmir Yolları” QSC bu barədə nə deyir?
"Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Qeyd edək ki, Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.
Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Məlumat üçün bildirək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. Bir qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatarlar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur", - QSC-dən bildirilib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)








