Ağac kəsən şirkət 35 min manat cərimələnib
Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində “Sizin Yurd” MMC tərəfindən ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Marja-ya verilən xəbərə görə, araşdırmalarla qeyd edilən MMC tərəfindən tikinti aparılarkən iri diametrli ağacların qanunsuz kəsilməsi müəyyən edildiyindən, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ( yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağacın qanunsuz kəsilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti rayon məhkəməsinə göndərilib.
Eyni zamanda, cəmiyyətin direktoru Xəlil Əsgərov barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat da aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.
Nəticədə - hüquqi şəxs “Sizin Yurd” MMC 35 min manat, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati cərimə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 30 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir


























