"Silk Way West Airlines" ABŞ şəbəkəsini genişləndirir
Silk Way West Airlines Çikaqo O'Hare ilə yanaşı, ölkənin ikinci əsas yükdaşıma mərkəzi olan Dallas Fort-Uort hava limanına gediş və gəliş üçün müntəzəm reyslər əlavə etməklə ABŞ şəbəkəsini genişləndirir.
Dallas və Çikaqo marşrutlarından başqa Silk Way West Airlines eyni zamanda Rokford İllinoys, Sinsinnati/Şimali Kentukki və Rikenbəker kimi hava limanlarına da çarter uçuşları həyata keçirir.
ABŞ-ın əsas nəqliyyat mərkəzlərindən biri olan Dallas Silk Way West Airlines tərəfindən əlavə mərkəzi qovşaq kimi seçilib. Dallasın bir neçə əsas magistral yol boyunca əlverişli yerdə yerləşməsi aviaşirkətə istehlak malları, yüksək texnoloji, neft və qaz yükdaşımaları üzrə daxil olan və göndərilən yüklərin daşınma tələbatını qarşılamaq üçün ideal şərait yaradır. Bu böyük şəhər bütün region üzrə strateji yük paylama mərkəzidir və beləliklə, ABŞ yükdaşımalarına xidmət etmək məqsədilə Silk Way West Airlines üçün mükəmməl platformaya çevrilir.
Silk Way West Airlines-ın prezidenti Volfqanq Mayer yeni xidmətlə bağlı şərh verərək deyib:
“Silk Way West Airlines Şimali Amerika, Asiya və Avropa arasında birbaşa yük daşımaları üçün daha çox imkanlar yaradaraq, rəqabət üstünlüklərini və əlverişli bazar şərtlərini inkişaf etdirməyə davam edir. Bu da öz növbəsində dəyərli müştərilərimizə malların dünya üzrə planlaşdırılması və səmərəli daşınmasında daha da çevik olmağa imkan verir. ABŞ-a uçuşları artırmaqla yanaşı, biz həmçinin Asiyada Hanoy və Banqkok, Avropada Şərqi Midlend kimi yeni istiqamətlər əlavə etməklə qlobal şəbəkəmizi genişləndiririk.”
Silk Way West Airlines 2012-ci ildə İpək yolunun mərkəzi sayılan Bakı şəhərində fəaliyyətə başlayıb. Aviaşirkət Heydər Əliyev Beynəlxalq hava limanında yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmanın genişləndirilməsi məqsədilə 28 aprel 2021-ci il tarixində Silk Way West Airlines ilə Boeing aviasiya istehsalçısı arasında beş ən müasir 777F yük təyyarəsinin alışına dair strateji saziş imzalanıb. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqamətdə yükdaşımaları həyata keçirir. Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
2 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
8 saat əvvəl
Türkiyədə "carry trade" mövqeləri rekord 65,3 milyard dollara çatıb
-
9 saat əvvəl
Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nvidia AI imperiyasını böyüdür – Hugging Face üçün 12,9 milyard dollar ödəyəcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Qara dənizdə artan gərginlik buğdanın qiymətini son 3 ilin ən yüksək səviyyəsinə qaldırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda 2-ci “Bambi Yatak” mağazası açılıb ®
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! ®
Neft Hörmüz boğazının açılması ümidi ilə ucuzlaşmaqda davam edir





















