Türkiyədə inflyasiya 70 faizə çatıb
TÜİK-in məlumatına görə, aprel ayında Türkiyədə illik inflyasiya 69,97%-ə çatıb.Türkiyə Statistika Xidməti (TÜİK) aprel ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Marja.az xəbər verir ki, apreldə ölkədə illik inflyasiya 69,97% olub (2021-ci ilin aprel ayı ilə müqayisədə).
Qiymətlərdə mart ayı ilə müqayisədə aprel ayında 7,25% artım müşahidə olunub.
Aprel ayı məlumatları iqtisadçıların gözləntilərini üstələyib.
Aprel ayında baza inflyasiyası 50 faizdən yuxarı qalıb. Məlumatlar göstərir ki, illik baza inflyasiyası 52,37 faiz təşkil edib.
Məlumatlar istehsalçı inflyasiyasında da yüksəliş sürətinin davam etdiyini göstərib. İstehsalçı qiymətlərinin illik artımı 1995-ci ilin martından bəri ən yüksək artım olub.
TÜİK-in məlumatına görə, istehsalçı qiymətləri indeksi aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 121,82% artıb. Aylıq müqayisədə artım 7,67 faiz təşkil edib.
Ərzaq inflyasiyası təxminən 90 faizdir
Məlumatlara görə, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım müşahidə edilən əsas qruplar müvafiq olaraq 105,86 faiz ilə nəqliyyat, 89,10 faiz ilə qida və alkoqolsuz içkilər, 77,64 faizlə məişət malları olub.
Ən aşağı illik artım 18,71 faizlə rabitə qrupunda olub. Əvvəlki ilin eyni ayı ilə müqayisədə artımın aşağı olduğu digər əsas qruplar müvafiq olaraq 26,23% ilə geyim və ayaqqabı, 27,73% ilə təhsil və 35,95% ilə səhiyyə olub.
Aylıq müqayisədə ən yüksək artım 13,38% ilə qidada olub.
Ərzaqdan sonra 7,43 faizlə mənzil, 6,96 faizlə geyim və ayaqqabı gəlir.
İstehsalçı qiymətlərinə enerji təzyiqi
İstehsalçı qiymətləri indeksinə baxıldığında ən çox artımın enerji maddələrində olduğu görülür. TÜİK məlumatlarına görə, indekslərin ən çox artdığı alt sektorlar 249,55% ilə koks və neft məhsulları, 247,50% ilə elektrik enerjisi, qaz, buxar və 243,52% ilə xam neft və təbii qazdır.
Ən aşağı illik artım; 42,08% ilə geyim, 42,09% ilə əsas əczaçılıq məhsulları və preparatları, 60,13% ilə dəri və ona aid məmulatları olub.
İqtisadçılar inflyasiyada sürətin may ayında da davam edəcəyini gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
6 d. əvvəl
Ədliyyə işçilərinə özəl fürsət – AFB Bank-dan daha sərfəli kredit şərtləri ®
-
15 d. əvvəl
Azərbaycan Prezidentinin Vyetnamın Baş naziri ilə görüşü olub
-
18 d. əvvəl
Van Qoqun tablosu 190 milyon 400 min dollara satılıb – hərrac rekordu yenilənib
-
24 d. əvvəl
Qızıl bir həftədə 9 faiz ucuzlaşıb – Unsiyası 3 min 516 dollara düşüb
-
39 d. əvvəl
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
- 49 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Anthropic IPO rekordunu qırdı – Nasdaq debütünü 1,8 trilyon dollarlıq qiymətləndirmə ilə başa vurdu
-
1 saat əvvəl
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Anthropic IPO rekordunu qırdı – Nasdaq debütünü 1,8 trilyon dollarlıq qiymətləndirmə ilə başa vurdu
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















