FED-dən son 22 ildə bir ilk gözlənilir - Bu axşam...
Federal Ehtiyat Sisteminin sədri Jerome Powell-in son 40 ildə pik həddinə çatan inflyasiya ilə mübarizə üçün 2000-ci ildən bəri ən aqressiv faiz artıracağı gözlənilir. İnvestorlar qərardan sonra Powellin çıxışında növbəti yığıncaqlarda daha yüksək artım olub-olmayacağına dair siqnallar axtaracaqlar.ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) iki günlük iclasından sonra bu axşam faiz dərəcələrini 0,50 bənd artıracağı gözlənilir. Bu, 2000-ci ildən bəri ən böyük faiz artırımı olacaq. Bank 2018-ci ildən bəri ikinci dəfə faiz dərəcələrini artıracaq.
Marja.az xəbər verir ki, bəzi qurumlar İyun iclasında 0,75 bəndlik artırım olacağını nəzərdə tuturlar.
Bankın yüksək inflyasiyanı cilovlamağa tələsməsi, balansının azaldılması planı və siyasət dəyişikliyinin miqyası da 1980-ci illərin Pol Volker dövrünü xatırladır.
"Bloomberg Economics"in iqtisadçıları Anna Vonq, Yelena Şulyatyeva və Eliza Vinqer deyiblər: “Biz faizlərin 0,50 bənd artırılacağını və balansın sürətli azaldılması üçün may iclasında ətraflı planın açıqlanacağını gözləyirik. Powell gələcək aylarda iqtisadiyyatın necə təsirlənəcəyini qiymətləndirmək üçün növbəti faiz artımlarının sürətini açıqlamaqdan çəkinəcək”.
Bankın bu axşam 8,9 trilyon dollarlıq balansını azaltmaq planını açıqlayacağı gözlənilir. FED-in 15-16 mart tarixlərində keçirilən iclasının protokollarında balansı ayda 95 milyard dollar azaltmağın məqsədəuyğun olacağı bildirilib. Protokollara görə, üzvlər, dövlət qiymətli kağızları üçün ayda 60 milyard ABŞ dollarlıq və ipoteka ilə təmin edilmiş qiymətli kağızlar üçün 35 milyard dollarlıq yuxarı həddin uyğun olması ilə razılaşdılar.
FOMC-ın bəyanatı
Federal Açıq Bazar Komitəsinin bəyanatında “faizin artırılmasının davam etdirilməsi məqsədəuyğundur” ritorikasını təkrarlayacağı gözlənilir. Açıqlamada iqtisadi artımın yavaşladığı, istehlak xərclərinin və məşğulluq artımlarının güclü olduğu da ifadə edilə bilər.
Bir çox iqtisadçı qeyd edir ki, mətndə mülayim dəyişikliklər ola bilər.
Mətbuat konfransında Pauell gələcək aylarda faizin artırılmasının sürəti və ölçüsü ilə bağlı suallarla üzləşə bilər. FED sədri əvvəlki açıqlamasında faizin artırılmasının məlumatlardan asılı olacağını və bütün variantların masada olacağını bildirmişdi.
Pauell tənəzzül riski ilə bağlı açıqlamalar da verə bilər. "Goldman Sachs Group", ölkənin tənəzzülə düşməsi şansının 35 faiz olduğunu, "Deutsche Bank" iqtisadçıları isə artımda kəskin azalma ola biləcəyini bildiriblər.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
-
3 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 4 saat əvvəl
-
9 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 9 saat əvvəl
-
9 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Ən çox oxunanlar
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb























