Fındığın qiymətini aşağı salmaq üçün ortaya atılan bəhanə

Fındığımız dünyanın 25 ölkəsinə ixrac olunur - 25-dən çox ixracatçı
Bu il bağlardan 50-60 min ton məhsul yığılacağı gözlənilir
Ölkəmizdə ixracyönümlü qeyri-neft məhsulları arasında qazancına görə fındıq ilk sıradadır. Odur ki, son illər fındıqçılıq üçün spesifik olan bölgələrdə yeni bağların salınması istiqamətində əhəmiyyətli addımlar atılır.
Statistik məlumatlara görə, hazırda Azərbaycanda 372 min fermer var və onların da 71 faizi 1-3 hektar torpaq sahəsi olanlardır. Orta hesabla 25 min ailə-fermer təsərrüfatı fındıqçılıqda çalışır. Onlar 20 sotdan 2 hektara qədər sahəsi olan fermerlərdir.
Fındıqçılıq sahəsinin real vəziyyəti və perspektivləri ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsisçisi və sədri İsmayıl Orucova müraciət etdik. O, 2016-cı ilin oktyabr ayında təsis olunmuş assosiasiyaya rəhbərlik edir.
12 il fındıqçılıqla məşğul olan İ.Orucov deyir ki, assosiasiya təsis edilərkən onun qarşısına bir sıra vəzifələr qoyulub: “Bunlardan biri seçilən məhsullardan olan fındığın dünya bazarına çıxış imkanlarının genişləndirilməsidir. Bu bazarın 80 faizi isə, məlum olduğu kimi, türk fındığı ilə tutulmuşdu. Ona görə də uzun müddət yerli məhsulun satışı dolayı yolla - türkiyəli fındıq ixracatçıları vasitəsilə həyata keçirilirdi. Lakin sonralar respublikamızda olan fındıq emalı müəssisələrinin rəhbərləri məhsulun keyfiyyətini daha da yaxşılaşdırmaqla özləri sərbəst şəkildə bazar axtarışına çıxdılar və artıq 5 ildir ki, bu çıxış var. Bu uğurun qazanılmasında başlıca səbəblərdən biri yerli iş adamlarının beynəlxalq sərgilərdə iştirak etmələridir”. Azərbaycan artıq dünyanın 25 ölkəsinə fındıq ixrac edir.
Əvvəllər yalnız Rusiya bazarına çıxışı olan iş adamlarımız indi məhsullarını Avropa ölkələri ilə yanaşı, Şimali Afrikaya da ixrac edirlər. Ümumiyyətlə, fındığımızın dünyada “Made in Azerbaijan” brendi altında tanınması üçün keçən ildən başlayaraq dövlətin dəstəyi sayəsində fəaliyyətimiz daha da genişlənib. Berlində “Green weec” beynəlxalq sərgisində yerli sort fındıq məhsullarımızı nümayiş etdirmişik. Sonra alman iş adamları ilə, xüsusən də potensial müştərilərlə qarşılıqlı görüşlərimiz olub. Bu il isə Dubayda keçirilən sərgidə - “Culfood-2017”də iş adamlarımız vahid stendlə iştirak edib. Sərgidə fındıqçılarla yanaşı, digər kənd təsərrüfatı istehsalçılarının da görüşü keçirilib. Hətta bəzi xarici iş adamları Azərbaycana gələrək rayonlardakı fındıq emalı müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Proqnozlara görə bu il ixrac coğrafiyamız daha da genişlənəcək” - deyə İ.Orucov bildirdi.
Artıq yeni mövsümə hazırlıq görülür. Müsahibimiz bununla bağlı dedi ki, hazırda Azərbaycanda 20-dən çox fındıq ixracatçısı var. Onlardan 12-si assosiasiyanın üzvüdür. Sentyabr ayında 2017-ci ilin məhsulu bazara çıxarılacaq. İndi fındıq emalı müəssisələrinin sertifikatlaşdırılması gedir. Artıq bir neçə müəssisə fəaliyyətini İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) standartlarının tələblərinə uyğun qurduğu üçün sertifikatla təmin olunub. Bunlardan biri - AHEC şirkəti sertifikat alıb. “AzerStar” və “Xamel” şirkətində bu prosedurla bağlı monitorinq və treninqlər keçirilir. Mövsümə qədər onların da sertifikat almaları gözlənilir.
Cari ildə keçən illə müqayisədə fındıq istehsalının daha çox olacağı proqnozlaşdırılır. Buna əsas da var. Fındığın tozlanmasının getdiyi yanvar ayında hava şəraitinin əlverişli olması məhsuldarlığa müsbət təsir edib. Cari il bağlardan təxmini hesablamalara görə 50-60 min ton fındıq toplanması gözlənilir. Keçən il bu rəqəm 40 min ton olmuşdu. Dünya üzrə olan proqnoz isə 1 milyon tondan çoxdur. Ona görə də bu il fındığın dünya bazarındakı qiymətinin hansı hədd daxilində olacağını dəqiq müəyyənləşdirmək çətindir. Qiyməti tənzimləyən qurumlar özləri bunu müəyyən edəcəklər.
Hazırda assosiasiya ixracatçı kimi də məhsulun daha baha qiymətə satılacağı bazarların axtarışındadır. Onu da bilirlər ki, alıcıya ilk növbədə yüksək keyfiyyətli məhsul təklif edilməlidir. Bu səbəbdən milli fındıq sortu olan, keyfiyyətinə görə digərlərindən seçilən “Ata-baba” sortunun brendləşdirilməsi düşünülür. Həmin sort Türkiyənin Giresun şəhərində yetişdirilən məşhur fındıqla eyni keyfiyyətdədir və rəqabət qabiliyyətinə malikdir. Məhz elə keyfiyyət amilinə görədir ki, keçən il Azərbaycan fındığı dünya bazarında qonşu Gürcüstan fındığı ilə müqayisədə daha baha qiymətə satılıb.
İ.Orucov fındıqla əlaqəli olan oflotoksin probleminə də toxundu:
“Oflotoksin xəstəlik deyil. O, bütün bitkilərdə müşahidə olunan sindromdur. Reallıq budur ki, bu məsələ ikili standartdır. Avropa nə zaman bizi sıxmaq istəyirsə o zaman mallarımız gömrükdə qalır, yaxud geri qaytarılır. Dünyada oflotoksini təmizləyən laboratoriyalar da quraşdırılıb. Oflotoksinin mövcudluğu məhsulun yararsız olması yox, sadəcə, tərkibində vizual görünməyən göbələk xəstəliyinin mövcudluğudur. Bu daha çox müştərilərin qiyməti aşağı salmaq üçün ortaya atdıqları bəhanədir. Eyni problemi Türkiyə və Gürcüstan da yaşayır.
Yeni fındıq istehsalçılarına tövsiyələrini verən İ.Orucov dedi ki, onlar xarici ölkələrdəki fındıq sortlarına maraq göstərməsinlər: “Bu, rentabelli deyil. Daha çox yerli sortlara önəm vermək lazımdır. Bununla belə, əkiləcək sortdan asılı olmayaraq əvvəlcədən həmin torpağın analizi mütləq aparılmalıdır. Eyni zamanda, tinglər əkinə hazırlanmalıdır. Çünki ağacların ilk 3 il ərzində quruma ehtimalı daha çoxdur. Ağac kökləri formalaşana qədər mütləq diqqətdə saxlanmalıdır”.
Müsahibimiz axırda dedi ki, bu gün fındıqçılıq kənd təsərrüfatının prioritet sahələrindəndir. Ona görə də yeni fındıq bağlarının salınması geniş miqyas alıb. Lakin bu, heç də o demək deyil ki, hər yerdə fındıq əkilməlidir. Digər əkinlərə də yer saxlamaq lazımdır. Bu il köhnə və yeni fındıq əkin sahələri ölkə üzrə ümumilikdə 50 min hektarı keçib. Məhsuldarlıq isə 8 sentnerdir. Bu, azdır və onu iki dəfəyə qədər qaldırmaq mümkündür ki, bu da ümumi həcmin 80 min tona qədər qaldırılması deməkdir.
Qeyd edək ki, məhsullarını Çexiya, İtalya, İspaniya, Gürcüstan, Tunis və digər ölkələrə ixrac edən AHEC keçən il xarici bazarlara 400 ton fındıq çıxarıb. Hazırda bu istiqamətdə əlavə danışıqlar gedir. Deməli, yeni mövsümdə ixrac coğrafiyasının daha da genişlənəcəyi gözlənilir.
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
-
3 d. əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı
-
15 d. əvvəl
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzi ilə UNEC arasında memorandum imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Highland Residence"də yeni mənzil satışları başladı - faizsiz kreditlə 2 otaqlı mənzillər!
-
2 saat əvvəl
“SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkarlar banka getmədən kredit götürəcəklər
-
3 saat əvvəl
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Baş Katibi vəzifəsinə - TƏYİNAT OLUB
-
3 saat əvvəl
"Azərkosmos" Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
Son Xəbərlər

Regional kollecdə yeni təyinatlar olub

Rusiya Mərkəzi Bankı pauza mövqeyində qalır

"Highland Residence"də yeni mənzil satışları başladı - faizsiz kreditlə 2 otaqlı mənzillər!
.jpg)
“SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkarlar banka getmədən kredit götürəcəklər
Ən çox oxunanlar

Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin Baş Katibi vəzifəsinə - TƏYİNAT OLUB

Hesablanmış sığorta haqları 7%, sığorta ödənişləri də 7% artıb

Sabah hava daha da isti olacaq

“Aqualink” şirkəti AzTU-da su və kimya mühəndislərinin yetişdirilməsinə dəstək verəcək

PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək

Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
