Mərkəzi Bank: “Bank sektorunun ümumi likvid aktivlərin həcmi 14 milyard manat ətrafındadır”
Azərbaycanın bank sektorunun ümumi likvid aktivləri 14 milyard manat ətrafındadır, bu da ümumi normativləri iki dəfədən çox üstələyir.
Bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev deyib.
Onun sözlərinə görə, son zamanlar ümumiyyətlə bank sektorunda sabit inkişaf tempi müşahidə olunur: "İzafi likvid vəsaitlərin olması isə banklara həm biznes, həm də istehlak kreditləşməsinə imkan yaradır.
Faiz dərəcəsinə gəldikdə, son trendlərə nəzər yetirsək, görərik ki, son iki ildə həm istehlak, həm də biznes kreditləri üzrə faiz dərəcələri azalıb. Biznes kreditlərində hazırda faiz dərəcəsi 10-12 % civarındadır. İstehlak kreditlərində isə son iki ildə orta faiz dərəcəsi 23 %-dən 20 %-ə enib. Bununla bağlı statistika Mərkəzi Bankda rüblük əsasda açıqlanır".
F. İsayev vurğulayıb ki, izafi likvidlik dövlət ipotekaları ilə yanaşı, daxili ipotekaların inkişafına da şərait yaradır: "Bəzi banklarda hazırda bankların daxili imkanları çərçivəsində illik 8-10 %-lik uzunmüddətli ipoteka kreditləri verilir”.
Departament direktoru xatırladıb ki, “Banklar haqqında” Qanuna görə, banklar tərəfindən kredit faiz dərəcələrinin təyin edilməsi sərbəstdir.
Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib. Bankların aktivlərinin 15 milyard 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,15 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 40,3 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4 % artaraq 33 milyard 492,9 milyon manata, o cümlədən depozit portfeli 30 % artaraq 26 milyard 938,3 milyon manata çatıb. Bunun 9 milyard 032,4 milyon manatı fiziki, 17 milyard 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2 % artıb.
Azərbaycanda 26 bank fəaliyyət göstərir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 10 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
39 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon



























