"Mənim restoranıma gəlsən, öncədən 30-40 TL verəcəksən, sonra oturacaqsan"
Türkiyədə kiçik restoran və kafelər müştərilərdən "açılış haqqı" almağa başlayıb. Bəzi bölgələrdə restoran və kafelər 30-40 TL-dən (təxminən 4-5 manatdan) aşağı sifariş verən müştəriləri qəbul etmirlər. Artan enerji xərclərinə görə açıq havada oturan müştərilərdən qızdırıcılar üçün saatda 5 ilə 15 TL arasında ödəniş alınır.
Marja.az xəbər verir ki, Restoranlar və Turizm Dərnəyinin (TÜRES) sədri Ramazan Bingöl, bəzi kafe və restoranların artan xərclər səbəbilə ayaqda qalmaq üçün bu sistemə müraciət etdiyini bildirib.
Kiçik kafe və restoranlar xərclərin artması ilə əlaqədar olaraq açılış ödəniş sisteminə keçib. Qida, kirayə, enerji və əməkhaqqı xərclərinin artması ilə əlaqədar olaraq bəzi restoran və kafelər yeni sistemlərə əl atmağa başlayıb.
“Artan enerji xərcləri, ərzaq qiymətlərinin qalxması, dünyada ərzaq qıtlığı, enerji qıtlığı bizə də yansıyır və biz təsirlənirik. Xərclərin artması səbəbindən itkiyə məruz qalmamaq üçün bu sistemə müraciət edirlər. Məntiq belə işləyir, mənim restoranıma gəlsən, əvvəldən 30-40 TL verəcəksən, sonra oturacaqsan. Buna hörmət edirəm, istəməyən müştəri bura getməyə bilər”.
İstanbulun bəzi rayonlarında sahəsi kiçik olan restoran və kafelər müştərilərdən 30-40 TL-dən aşağı olan sifarişləri qəbul etmir. İş o yerə çatıb ki, restoranlar nahar və axşam saatlarında çay və kofe vermirlər. Çöldə oturmaq istəyən müştərilərdən saatda 5-15 TL arası qızdırıcı haqqı tələb olunur.
“Gələcək dövrdə orta gəlirlilərə uyğun restoranlar olmayacaq”
Sektorda orta gəlirli büdcəyə uyğun restoran və kafelərin olmayacağını bildirən Bingöl, “Sektorumuzda görünməmiş bir ixtisaslaşma olacaq. Yalnız lüks seqment və aşağı seqment qalacaq, orta seqment isə yox olacaq. Burada da müştəri öz büdcəsinə və qaydalarına uyğun gələn bizneslərə gedəcək”.
“Kiçik bizneslər yaşamaq üçün bu sistemə müraciət edirlər”
"Happy Moon's Group"un İdarə Heyətinin sədri Hüseyin Aymutlu, “Bəzi kiçik müəssisələrin belə bir sistemə müraciət etməsini normal hesab edirəm. Bu əslində müştəriləri itirmək deməkdir, lakin bəzi kafe və restoranların buna ehtiyacı da var. Onlar bunu biznesin yaşaması üçün bu yolu bir seçim olaraq görürlər. Xərclərin artması və onun menyularda əks olunması müştəriləri qırmızı ətdən toyuq yeməklərinə yönəldə bilər. Lakin onun dövriyyədəki əksi çəki baxımından çox da dəyişmir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 d. əvvəl
-
28 d. əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 32 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Frana şirkəti ABŞ şirkətini 22,6 milyard dollara alır - Nəhəng satınalma
-
1 saat əvvəl
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
-
2 saat əvvəl
Dolların bahalaşması və istiqraz gəlirlərinin artması fonunda qızıl ucuzlaşır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Ən çox oxunanlar
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
Rəsmi məzənnələr açıqlandı
“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb


























