AZAL yeni “Azal Club” loyallıq proqramını təqdim edir
Azərbaycanın milli aviadaşıyıcısı - AZAL yeni “Azal Club” loyallıq proqramının tətbiqi barədə elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən MArja-ya daxil olmuş məlumatda bildirilir ki, “Azal Club” - pərakəndə satış mağazaları şəbəkəsində alış-veriş zamanı, həmçinin müxtəlif növ xidmət mərkəzlərində bonus millərini toplamağa imkan verən pulsuz virtual loyallıq kartıdır.
Tərəfdaşlar şəbəkəsinə həmçinin məşhur restoranlar, mehmanxanalar, geyim, aksessuar və ətriyyat mağazaları, əyləncə mərkəzləri, “Booking.com”, “Rentalcars.com” və s. kimi müxtəlif onlayn saytlardan təkliflər daxildir. Perspektivdə “Azal Club” tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya “Azərbaycan Hava Yolları”nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşlar cəlb ediləcək.
Yeni loyallıq proqramı çərçivəsində toplanan milləri Azərbaycan aviadaşıyıcılarının – AZAL və Buta Airways aviaşirkətlərinin biletlərinə dəyişmək mümkün olacaq.
Bonus millərini aviabiletə dəyişərkən komissiya tutulmayacaq, həmçinin vergi, yığım tətbiq olunmayacaq və bilet alışı zamanı yerlərlə məhdudlaşmayacaq. Həmçinin, “Azal Club” istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa AZAL-Miles iştirakçısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.
Proqramın tərəfdaş şəbəkəsinə qoşulmaq arzusunda olanları dəvət edirik. “Azal Club” tərəfdaş brendinin davamlı marketinq dəstəyini və irəliləyişini təmin edəcək. Qeyd etmək lazımdır ki, AZAL-Miles proqramının 200 mindən çox istifadəçisi artıq potensial müştəri bazasının bir hissəsidir. Tərəfdaş şəbəkəsinə qoşulmaq üçün partner@azalclub.az elektron poçtuna ərizə göndərmək lazımdır.
“Azal Club” mobil əlavəsi vasitəsilə proqramda iştirakçı qismində qeydiyyatdan keçmək mümkündür. Yükləmək üçün keçidlər:
Android: https://play.google.com/store/apps/details?id=az.azalclub
Apple iOS: https://apps.apple.com/az/app/azal-club/id1459851221
Burada iştirakçılar cari balansı izləyə, həmçinin tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər.
“Azal Club” proqramı haqqında daha ətraflı məlumat almaq üçün *2002 telefon nömrəsi, support@azalclub.az elektron poçtu və ya www.azalclub.az rəsmi saytı vasitəsilə müraciət edin.
“Azal Club” proqramı nədir və necə çalışır? Bu haqda hazırlanan tanıtım çarxını izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
23 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
6 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
-
8 d. əvvəl
Xalq Bankın “Əmanət” lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu ®
- 9 d. əvvəl
- 42 d. əvvəl
-
46 d. əvvəl
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
- 58 d. əvvəl
-
1 saat əvvəl
ABB-nin xalis mənfəətində böyük artım – 9 ayda 352 milyon manatdan çox qazanc
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
Futbol həyəcanı XalqKartla daha sərfəli ®
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Ən çox oxunanlar
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
İllik 15% gəlir təklif edilir – BOKT istiqraz buraxır
Bank istiqrazlarına abunə başlayır – Şərtlər açıqlandı– Faizlər hər 3 aydan bir ödəniləcək
Ani Ödənişlər Sisteminin Türkiyə ilə inteqrasiya üzrə iş aparılır
"Azərbaycanda fintex sektorunun sürətli inkişaf mərhələsi başlayır"
Türkiyədə 1 milyard dollarlıq sərmaydən imtina edən BYD Avropada 40 min nəfəri işlə təmin etməyi planlaşdırır




















