“Turizm haqqında” yeni qanun turizm şirkətləri ilə müzakirə olunub
Yanvarın 11-də Dövlət Turizm Agentliyinin əməkdaşları ilə turizm şirkətləri və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatların nümayəndələri arasında “Turizm haqqında” yeni qanunun müəyyən etdiyi tələblərin izahı, sualların cavablandırılması və ətraflı müzakirəsi məqsədilə onlayn görüş keçirilib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, görüşdə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov və Hüquq sektorunun müdiri Qiyafət Xeyirxəbərli qanunun maddələri üzrə iştirakçılara geniş məlumat təqdim ediblər.
Məhəmməd Muradov vaxtilə turizm sahəsində tələb edilən lisenziyaların ləğvinin sahibkarlığın inkişafına təkan verdiyini, lakin yeni tənzimləyici mexanizmlərin olmamasının turizm sənayesi subyektlərinin fəaliyyətinin dövlət nəzarətindən kənarda qalmasına, həmçinin istehlakçıların hüquqlarının pozulması hallarının çoxalmasına səbəb olduğunu bildirib.
O, bu və digər zərurətlərlə əlaqədar beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılmasını, turizm infrastrukturunun inkişaf etdirilməsini müəyyən edən, bununla yanaşı sektorun dayanıqlı inkişafını təmin edəcək yeni “Turizm haqqında” qanunun hazırlandığını diqqətə çatdırıb.
Agentliyin əməkdaşı Qiyafət Xeyirxəbərli 5 fəsil 22 maddədən ibarət olan yeni qanunda turizmin növləri və formaları, ayrı-ayrı növlərinin mövsümilik probleminin aradan qaldırılmasında rolu, bu sahədə dövlətin apardığı siyasətin əsas istiqamətləri və vəzifələri, eləcə də turist məmmunluğunun artırılması məqsədilə yardım mərkəzinin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək standartlaşdırma və sertifikatlaşdırma sisteminin əsasının müəyyən edilməsi, ölkədə fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortasının müəyyən edilməsi kimi məsələlərin yer aldığını bildirib.
O, yeni qanunda əksini tapan ulduzlaşma prosesi, sənaye assosiasiyalarının yaradılması, rekreasiya zonalarının formalaşdırılması, turizm layihələrinin qrantlar vasitəsilə maliyyələşdirilməsi, turistlərin hüquq və vəzifələri, həyat və sağlamlıqlarının sığortalanması və digər məsələlər haqda geniş məlumat verib.
DTA əməkdaşları tərəfindən görüş iştirakçılarının qanunda mülki məsuliyyət sığortası, Turizm Reyesteri, turizm vizası və turistlərə verilən elektron vizalar, səfər sığortası, turagentlər və turoperatorlarla bağlı digər məsələlərə dair suallar geniş şəkildə cavablandırılıb.
Görüşdə iştirak edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yeni qanunda mülki məsuliyyət sığortasının tədbiqi məsələsinə toxunaraq gələcəkdə bu addımın vətəndaş və turizm şirkətləri arasında yaşanan neqativ halların aradan qaldırılmasına və turist məmnunluğunun artırılmasına dəstək olacağını bildirb. Rüfət Hacıyev yeni qanunun ölkənin müasir turizm sənayesinin formalaşdırılması və turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev öz növbəsində “Turizm Reyestrinin aparılması” qaydalarının tədbiqinə toxunaraq ölkənin turizm ehtiyatları və sənayesi barədə vahid turizm informasiya bazasının yaradılması baxımından atılan bu addımın gələcəkdə turizm bazarında müsbət irəliləyişə səbəb olacağını vurğulayıb.
Yeni “Turizm haqqında” qanunun müddəlaları barədə hotel sənayesinin nümayəndələrinin və turizm bələdçilərinin də məlumatlandırılması məqsədilə 12-13 yanvarda onlayn görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 5 gün sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
Rusiyanın buğda ixracı 14 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
VTB (Azərbaycan)-da yeni təyinatlar olub
İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
Naxçıvanın şirkəti səhmlərinin Bakı Fond Birjasında ilkin kütləvi təklifini (İPO) hədəfləyir - MÜQAVİLƏ İMZALANIB
Korporativ həyat sığortası şirkətlərə hansı imkanları yaradır? İR rəhbərinin müsahibəsi























