“Yeni illə bağlı regionlarda kirayə qiymətləri kəskin artıb”
Ötən il olduğu kimi, bu il də Yeni il ərəfəsində Bakıdan ölkənin regionlarına axın oldu. Koronavirus (COVID-19) pandemiyasına görə Azərbaycanı tərk etmək xeyli çətinləşdiyi üçün ölkə vətəndaşlarının əksəriyyəti 2022-ci ili müxtəlif şəhər və rayonlarımızda qarşılamağa üstünlük verdi. Təbii ki, heç də hamı hotellərə, istirahət mərkəzlərinə üz tutmadı. Ev kirayələyənlər də oldu. Bu isə təbii ki kirayə qiymətlərinə təsir etməyə bilməzdi.
"Yeni ildə kirayə qiymətləri 2 dəfə yüksək olub"
Qubada evlərin kirayəyə verilməsində vasitəçilik edən Niyazi Əliyev deyir ki, bayram günlərində kirayə qiymətləri adi günlərlə müqayisədə təxminən 2 dəfə çox olub: "Əgər adi günlərdə Qubada evlərin birgünlük kirayə qiyməti 100 manat olurdusa, yeni il ərəfəsində bu məbləğ 180-200 manata çatdı. Çünki evlərə tələb yüksək səviyyədə idi. Təklif etdiyimiz evlərin demək olar ki, hamısını birgünlük kirayəyə verə bilmişdik. Yəgin ki, Novruzda da Qubaya üz tutanlar olacaq, amma həmin vaxt tələbin Yeni ildəki kimi olacağını gözləmirik".
"Kirayə qiymətləri 300 manata qədər olur"
Daşınmaz əmlak bazarı üzrə eksprert Elnur Fərzəliyev də deyir ki, pandemiya regionlarda kirayə qiymətlərinə təsirsiz ötüşməyib: “Yeni il ərəfəsində ucqar kəndlərdə evi bir günlüyə 80-100 manata kirayə verirlər. Bu da adi günlərlə müqayisədə kəskin çoxdur. Amma evlərin günlük kirayə verilməsi daha çox Qubada, Qusarda, Qəbələdə, İsmayıllıda məşhurdur. Bu ərazilərdə evlərin şəraitindən aslı olaraq evlərin bir günlük kirayə qiyməti 80 manatdan 300 manata qədər dəyişir. Şəkidə, Gəncədə, Lənkəranda isə bir nəfər üçün bir günlük kirayə qiyməti 20 manatdan 100 manata qədərdir".
Bundan başqa, ekspertin sözlərinə görə, ümumiyyətlə son illər regionlardakı daşınmaz əmlaklara maraq artmaqdadır və bu, onların alqı-satqı qiymətlərinə də təsir edir: "Bayram ərəfəsində vətəndaşlarımız pandemiyadan əvvəlki kimi Türkiyə və digər ölkələrə səfər etmirlər: Artıq regionlarımız məşhurlaşır və əmlakın qiymətləri də artır. Monitorinq aparılsa görərik ki, bölgələrdə evlərin qiyməti əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Konkret qiymətdə həyətyanı sahənin neçə kvadrat, neçə sot olması, evin təmiri, harada yerləşməsi mühüm rol oynayır. Məsələn İsmayıllının, Qubanın, Qusarın dağ və aran kəndləri var. Dağ kəndində qiymətlərlə, aran kəndində olan qiymətlər tamamilə fərqlidir.
Regionlarda bina evləri də bahadır. Gəncə, Xaçmaz, Zaqatala və Balakən, Qubada bina evlərinin qiyməti Xırdalandakı qiymətlərlə eyniləşib. Təbii ki, əvəllər qiymətlər bir neçə dəfə ucuz idi".
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)

