Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi təsdiq edildi
Prezident İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu" təsdiqləyib.
Marja.az xəbər verir ki, Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 min 72 manat, xərcləri 5 milyard 306 milyon 770 min 72 manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, 2022-ci ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
| Gəlirlərin mənbələri | Məbləğ (manatla) |
1. | Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: | 4 148 202 903,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 1 504 298 579,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 205 131 624,0 |
1.3. | qeyri-büdcə sektoru üzrə o cümlədən: | 2 438 772 700,0 |
1.3.1. | sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə | 60 000 000,0 |
2. | Sair gəlirlər, cəmi o cümlədən: | 12 600 000,0 |
2.1. | sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar | 2 060 000,0 |
3. | Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait | 1 145 967 169,0 |
Müəyyən edilib ki, dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
| Xərclərin istiqamətləri | Məbləğ (manatla) |
1. | Əhaliyə ödənişlər üzrə xərclər | 5 133 000 000,0 |
1.1. | əmək pensiyalarının ödənilməsi xərcləri | 4 951 000 000,0 |
1.2. | məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri | 182 000 000,0 |
1.2.1. | əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə | 52 000 000,0 |
1.2.2. | hamiləliyə və doğuma görə | 50 000 000,0 |
1.2.3. | uşağın anadan olmasına görə | 20 000 000,0 |
1.2.4. | 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar | 15 000 000,0 |
1.2.5. | dəfn üçün | 45 000 000,0 |
2. | Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər | 21 500 000,0 |
3.
| Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri | 48 700 000,0 |
4. | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri | 102 905 072,0 |
5. | Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri | 65 000,0 |
5.1. | Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri | 35 000,0 |
5.2. | Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri | 30 000,0 |
6. | Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixində imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri | 600 000,0 |
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 4 gün sonra
-
- 1 gün sonra
-
17 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
17 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər























