Bugün Türkiyə Mərkəzi Bankı kritik faiz qərarını açıqlayacaq - DOLLAR 11 LİRƏYƏ YAXINLAŞIB
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) dollar/TL məzənnəsinin bir-birinin ardınca rekordlar qırdığı bir dövrdə faiz qərarı üçün iclas keçirəcək. Bazarın proqnozu Mərkəzi Bankının faiz endirimlərinə davam edəcəyi istiqamətindədir. Yığıncaqdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi faiz mesajları da bazar iştirakçıları tərəfindən diqqətlə izlənilib və Türk Lirəsinin daha da ucuzlaşması ilə nəticələnib.Bugün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti iclasını keçirərərk faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, TCMB faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə bəyan edəcəkdir.
İqtisadçılar Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurasının pul siyasəti faizini 1 faiz bənd aşağı salaraq 16%-dən 15%-ə endirəcəyini gözləyirlər.
TCMB keçən ay proqnozlardan yüksək endirim edərək faizini 18%-dən 16%-ə endirmişdir (2 bənd).
İqtisadçıları Türkiyə Mərkəzi Bankının 16 dekabrda da faizini 1 bənd azaladaraq 15%-dən 14%-ə çəkəcəyini nəzərdə tuturlar.
Bu gün açıqlanacaq qərar da dollar/TL məzənnəsinin istiqaməti baxımından həlledici olacaq.
Yüksək inflyasiyaya baxmayaraq Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endiriminə davam edəcəyinə dair gözləntilər və Dolların qlobal olraq bahalaşması ilə əlaqədar olaraq Türk Lirəsi (TL) "əriyir". ABŞ-da inflyasiyanın son 31 ilin ən yüksək səviyyəinə çatması ilə ABŞ Mərkəzi Bankının (FED) faizi artırmağa başlayacağı tarixi önə çəkə biləcəyinə dair proqnozlar ilə dollar qlobal miqyasda, o cümlədən Türk Lirəsi qarşısında da güclənir.
DOLLAR 11 TÜRK LİRƏSİNƏ YAXINLAŞIB
Dollar/TL məzənnəsi bu gün 10,9680 səviyyəsini görərək rekord yeniləyib. Bakı vaxtı ilə saat 07:54-də Dollar/TL məzənnəsi 2,3% artımla 10,87 səviyyələrində olub.
Bundan əvvəlki yığıncağın keçirildiyi 21 Oktyabrda dollar/TL məzənnəsi 9,20 səviyyəsində idi. Təxminən 1 ay ərzində Türk l Lirəsi 18% dəyərdən düşüb.
Türkiyədə illlik inflyasiyanın 20%-ə yaxın olmasına baxmayaraq Mərkəzi Bankın Prezident Rəcəb Tayyib Ərdoğanın təzyiqi ilə faizini daha da aşağı salacağı gözlənilir. Ərdoğanın dünənki çıxışı da Mərkəzi Bankın faiz endirimi edəcəyi ehtimalını daha da gücləndirib və Lirənin ucuzlaşmasını sürətləndirib.
ƏRDOĞAN YÜKSƏK FAİZƏ QARŞIDIR
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Faiz səbəbdir, inflyasiya nəticədir" fikirini təkrarlayaraq, "Mən bu vəzifədə olduğum müddətdə faizlə mübarizəmi sonuna qədər davam etdirəcəyəm. İnflyasiya ilə mübarizəmi sonuna qədər davam etdirəcəyəm" deyib.
Partiyasının Qrup Yığıncağında çıxış edən Ərdoğan, "Mən faizi müdafiə edənlər ilə birlikdə ola bilmərəm" deyib və "Bizim dostlarımıza nə olur ki, onlar da faizi müdafiə etməyə başlayıblar" deyərək əlavə edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 36 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
1 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
1 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
İyunun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"




















