Lirənin manata qarşı məzənnəsi tarixi minimuma enib
Sentyabrın 29-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,16% azalaraq 0,1914 manat təşkil edib. Bu, yeni tarixi minimumdur.
Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalarına görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir ki, sözügedən səviyyəyə enib. Sentyabr ayında lirənin manata qarşı orta məzənnəsi 0,1995 manat təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 0,4% azdır.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, sentyabrın 23-də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra sentyabrın 24-də lirənin ABŞ dollarına qarşı məzənnəsində də tarixi minimuma qeydə alınıb. Belə ki, dollar 8,8995 lirəyə bərabər olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2247 lirəyə bərabərdir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
"PAŞA Bank" günəş elektrik stansiyası layihəsinin bir hissəsini maliyyələşdirəcək - Kredit müqaviləsi imzalanıb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
1 həftə sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
3 gün sonra
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
- 10 d. əvvəl
- 15 d. əvvəl
-
38 d. əvvəl
“Euromoney” seçim etdi: Azərbaycanın ən yaxşı pərakəndə bankı açıqlandı
- 42 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Prezidentinin və Almaniya Kanslerinin mətbuata bəyanatları - TAM VERSİYA
-
14 saat əvvəl
"Azər-Türk Bank"da ciddi transformasiyanın aparılması, biznes hədəflərinin dəyişdirilməsi labüddür"
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
Yaponiyanın ixracı və idxalı iyunda 2022-ci ilin noyabrından bəri ən yüksək templə artaraq proqnozları üstələyib
Rəsmi məzənnələr açıqlandı
Nike Çində minlərlə onlayn distribütorla əməkdaşlığı dayandıracaq, rəqəmsal satış şəbəkəsini yenidən quracaq
Ən çox oxunanlar
Azərbaycanda Milli Mətbuat Günüdür
Azərbaycan Prezidentinin və Almaniya Kanslerinin mətbuata bəyanatları - TAM VERSİYA
"Azər-Türk Bank"da ciddi transformasiyanın aparılması, biznes hədəflərinin dəyişdirilməsi labüddür"
İşəgötürənlər əməkdaşların ezamiyyələrinin rəsmiləşdirilməsini tam elektron həyata keçirə biləcəklər
Övladımı xərçəngdən sığortalaya bilərəm?
"Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm"









.webp)












