Səudiyyə Ərəbistanı təhsil sistemində iddialı islahat başladığını elan etdi
Səudiyyə Ərəbistanı qlobal dəyərləri mənimsəmək üçün təhsil islahatına başladıSəudiyyə Ərəbistanı krallığın bütün təhsil sistemində bir islahat başladığını elan edib.
Marja xəbər verir ki, Vəliəhd Şahzadə Məhəmməd bin Salman Al Saud tərəfindən elan edilən iddialı proqram, krallığı dəyişən bir dünyaya uyğunlaşdırmaq məqsədi daşıyır.
İnsan İnkişaf Proqramı, Krallığın bütün sektoru üçün iddialı bir islahat proqramı olan "Vision 2030"un bir hissəsidir. Bu proqram, insanların həyat tərzini, səhiyyə xidmətlərinə çıxışını və səlahiyyətlilərlə qarşılıqlı əlaqəni dəyişdirməyi hədəfləyir.
Vəliəhd, məktəbəqədər təhsildən ali təhsil səviyyəsinə qədər sistem miqyasında bir islahat proqramının, "yaradıcı düşüncə, məlumat təhlili, texniki, emosional və sosial bacarıqlar daxil olmaqla" 21-ci əsrin qlobal rəqabətində səudiləri lazım olan bacarıqlarla təmin edəcəyini söyləyib.
"Proqram, həyatın bütün təbəqələrinin ehtiyaclarını və istəklərini ödəmək üçün hazırlanmışdır", - vəliəhd şahzadə deyib. O, "Məqsəd, vətəndaşları gələcəyə hazırlamaqdır, çünki bacarıqlara, biliklərə və insan kapitalına əsaslanan güclü bir iqtisadiyyat qurmağı hədəfləyirik", o əlavə edib.
Məhəmməd bin Salmanın sözlərinə görə, islahatın həyata keçirilməsi Səudiyyə vətəndaşlarına "mötədillik və tolerantlıq, qətiyyət və əzm, nizam-intizam və təcrübə" kimi dəyərləri də aşılayacaq.
"İnsan İnkişaf Proqramı, hazırkı və gələcək əmək bazarına hazırlaşmaq üçün yerli və qlobal səviyyədə rəqabət qabiliyyətini artırmaq üçün milli bir strategiyadır", -vəliəhd şahzadə deyib.
Özəl və qeyri-kommersiya sektorları ilə əməkdaşlıq edilərək, Krallıq qarşıdakı illərdə bir sıra konkret hədəflərə çatmağı, xüsusən də uşaq bağçalarının doluluq nisbətini indiki 23% -dən 90% -ə çatdırmağı və iki Səudiyyə universitetinin 2030-cu ilə qədər dünyanın ən yaxşı 100 universiteti siyahısına daxil olmasını istəyir.
Ümumilikdə, təhsil islahatı "Vision 2030"a daxil olan 16 strateji məqsədə çatmaq çərçivəsində 89 təşəbbüsün həyata keçirilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























