Azərbaycanda memarlıq-şəhərsalma müsabiqəsi elan edildi - 8000 DOLLAR MÜKAFAT
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı, Memarlar İttifaqı, eləcə də Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə, “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilib.
Bu barədə Marja-ya Komitədən bildirilib.
Məlumata görə, müsabiqənin məqsədi "2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı" çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etməkdir.
Müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir:
Şəhərsalma üzrə nominasiya: “500 ailə üçün nümunəvi kənd yaşayıq məntəqəsinin planlaşdırma layihəsi”
Memarlıq nominasiyası: “Çoxfunksiyalı təyinata malik müasir təhsil və sosial mərkəzin layihəsi”.
Müsabiqənin obyekti şərti olaraq boş (tikilməmiş), inkişaf üçün potensialı olan 200 hektarlıq dağətəyi, düzənlik ərazidir. Müraciət edilən zaman yaşı 35-ə qədər olan (35 yaş da daxil olmaqla) MDB ölkələrinin gənc memarları və ixtisaslaşmış universitetlərinin tələbələri iştirak hüququna malikdir.
Müsabiqədə həm fərdi, həm də qrup şəklində (5 nəfərə qədər) iştirak mümkündür. Komanda heyətinin fənlərarası tərkibinin olması, onların daxilində sosioloqların, iqtisadçıların, nəqliyyat mütəxəssislərinin və s. iştirakı müsbət qarşılanır, lakin zəruri şərt deyil.
Müsabiqədə iştirak ödənişsizdir.
Müsabiqənin mükafat fondu: İki nominasiya üzrə yarışmanın ümumi mükafat fondu 40.000 ABŞ dolları təşkil edir. Qaliblər hər bir nominasiya üzrə aşağıdakı qaydada pul mükafatları alacaqlar:
1-ci yer: 8 000 ABŞ dolları;
2-ci yer: 6 000 ABŞ dolları;
3-cü yer: 4 000 ABŞ dolları;
Həvəsləndirici mükafat: 2 000 ABŞ dolları.
Müsabiqədə iştirak üçün müraciətlər bu ayın sonuna qədər qəbul olunur. Layihələr isə oktyabrın 2-nə qədər təqdim olunmalıdır. Müsabiqə layihələrinin ekspertizası, müzakirəsi və rəylərin hazırlanması son tarix isə 25 oktyabr 2021-ci ildir.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat forması 01 oktyabr 2021-ci il tarixindən gec olmayaraq konkurs@arxkom.gov.az e-poçt ünvanına göndərilməlidir.
İştirakçıların müsabiqə layihələri təşkilatçının ünvanına poçtla (Bakı şəhəri, AZ 1014, Füzuli küçəsi, 65) və ya şəxsən çatdırıla, eləcə də konkurs@arxkom.gov.az e-poçt ünvanına göndərilməklə bu barədə təşkilatçıya teleqram və ya digər mövcud əlaqə vasitələri ilə məlumat verilə bilər. Məlumat məktubunda iştirakçının qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
58 d. əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
1 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
1 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər























