AYİB-in Gəncəyə ayırdığı kreditin təsdiqlənməsi sentyabrda gözlənilir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi (tullantıların toplanması və küçələrin təmizlənməsi üçün maşınlar və konteynerlər) məqsədilə Azərbaycan hökumətinə ayırdığı 10 mln. avro məbləğində olan kreditin təsdiqlənmə tarixini dəyişib
Bankdan verilən məlumata görə, əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək. Borcalan - Maliyyə Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan hökumətidir.
Kreditin təsdiqlənmə tarixi əvvəlcə 15.12.2020-ci il göstərilsə də, daha sonra 9 mart tarixinə keçirilmişdi. Hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən layihənin təsdiqlənmə tarixi 14 sentyabr göstərilir.
Qeyd edək ki, bundan əlavə, AYİB şəhərin küçə işıqlandırma sisteminin, şəhər nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdi və hazırkı layihə sözügedən təşəbbüs çərçivəsində reallaşır.
Xatırladaq ki, bu ilin mayın 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 36 layihə üzrə 1,124 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (aprelin 30-u) 2,5% azalıb. Lakin aktiv layihələrin sayı mayda 35-dən 36-ya yüksəlib.
Bugünədək bank Azərbaycana 177 layihə üzrə 3,089 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,1%-i (2,597 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 23%-i özəl sektorun payına düşüb.
Təkcə 2020-ci ildə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Ayrılan vəsaitin həcmi 2019-cu il ilə müqayisədə dəyişməyib, lakin layihələrin sayı 5-dən 6-ya yüksəlib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat sonra
-
25 d. əvvəl
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
-
-
35 d. əvvəl
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
-
1 saat əvvəl
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
-
2 saat əvvəl
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
-
3 saat əvvəl
Ağdamda yeni şirkət: Un istehsalı həyata keçiriləcək - 12 milyon manatlıq layihə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
“Yelo Bank”ın kredit portfeli 1 milyard 150 milyon manatı keçib – Ən böyük artım biznes kreditlərindədir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
“AccessBank”ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir





















