Yeni sədri bankı pis vəziyyətdən çıxardır
Yeni strategiyanın nəticələri müsbətdir. İlin sonunadək daha böyük nəticələr proqnozlaşdırılır.“Yelo Bank” ASC 2021-ci ilin 1-ci yarısını 10 milyon 43 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 13 milyon 583 min manat xalis zərər etmişdi. Mənfəətin 80%-i ehtiyat fondundan azad olmuş vəsaitin hesabınadır. Ehtiyat fondundan vəsaitin blokdan çıxması kredit riskinin azaldığına işarədir. Eyni zamanda, Yelo Bankın kredit portfeli böyüyüb, gəlirləri artıb.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə Yelo Bankın cəmi əməliyyat gəlirləri 30 milyon 855 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 862 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 993 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 8 milyon 50 min manat hesabına mənfəət 10 milyon 43 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə Yelo Bankın cəmi əməliyyat gəlirləri 29 milyon 133 min maant, cəmi əməliyyat xərcləri 29 milyon 682 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 549 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 13 milyon 33 min manat ayrıldığından Bank həmin dövrü 13 milyon 583 min manat xalis zərər ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində Yelo Bank 438 milyon 558 min manat cəmi aktivlərə malik olub, o cümlədən cəmi aktivlərin 364 milyon 763 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda Yelo Bank 390 milyon 924 min manat cəmi aktivlərə malik idi və aktivlərin 308 milyon 338 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Bu ilin 6 ayı ərzində Bank tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 56 milyon 425 min manat artıb. Yelo Bankın istehlak kreditləri portfeli 15 milyon 415 min manat, biznes kreditləri portfeli 49 milyon 157 min manat artıb, daşınmaz əmlak kreditləri portfeli isə 8 milyon 148 min manat azalıb.
DEPOZİTLƏR DƏ ARTIB
Ötən ilin sonu ilə müqayisədə Yelo Bankda depozitlər 18 milyon 671 min manat və ya 7,9% artaraq 253 milyon 830 min manata yüksəlib. O cümlədən fiziki şəxslərin depozitləri 14 milyon 672 min manat artaraq 220 milyon 945 min manata, hüquqi şəxslərin depozitləri 3 milyon 999 min manat artaraq 32 milyon 885 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2021-ci il tarixində Yelo Bank 63 milyon 858 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 53 milyon 805 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, ötən bir neçə ildə zərərlə fəaliyyət göstərmiş Yelo Banka 2021-ci ilin yanvar ayından Anar Həsənov sədrlik edir. Anar Həsənov İdarə Heyətinin sədri vəzifəsinə təyin edildikdən sonra Yelo Bank zərərdən mənfəətə keçib, böyüməyə başlayıb, gəlirlərini artırıb. Eyni zamanda, Anar Həsənov özünə yaxın menecerləri yüksək vəzifələrə təyin edib.
"İLİ SONUNADƏK DAHA BÖYÜK NƏTİCƏLƏR ƏLDƏ EDƏCƏYİMİZƏ İNANIRIQ"
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov maliyyə nəticələrini belə şərh edib: “2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.
Qeyd edək ki, "Yelo Bank" ASC-nin nizamnamə kapitalının 96.02%-i “Topaz Investments Limited” MMC-yə (milyader Vahid Ələkbərovun nəzarətindədir), 3.89%-i Marina Kulişovaya və 0.09%-i “ISR Holding” MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat sonra
- 1 d. əvvəl
-
-
5 d. əvvəl
“Bank of Baku”nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
-
42 d. əvvəl
“Bank VTB (Azərbaycan)”ın kredit portfeli 60 milyon manat artıb
-
55 d. əvvəl
Bankdan narazı qalan vətəndaşlar nə etməlidirlər? – Şikayət qaydaları
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
-
1 saat əvvəl
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
-
2 saat əvvəl
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
Ən çox oxunanlar
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
“Yelo Bank”ın kredit portfeli 1 milyard 150 milyon manatı keçib – Ən böyük artım biznes kreditlərindədir





















