"Şirkətin əsl sahibi Komitə sədrinin birinci müavini olduğu üçün şikayətimə baxılmır" -“Pearl Construction”dan şikayət
Bakıda pilot layihə əsasında mənzili sökülən vətəndaş indi ona təqdim edilən evdən narazıdır və tikintini həyata keçirən “Pearl Construction” MMC-nin müqavilə şərtlərini pozduğunu iddia edir.
Mənzilin sahibi Luptakova Qalina müraciət edərək bildirib ki, pilot layihə kimi 5 dekabr 2017-ci il tarixdə “Pearl Construction” MMC-nin icraçı direktoru Əliyev Fərhad Rauf oğlu ilə Bakixanov küçəsi, ev 31, mənzil 5 ünvanının sökülməsi üçün təhvil verilməsi barədə müqavilə imzalayıb.
Vətəndaş bildirir ki, onun evi iki ayrıca otaq, ayrı mətbəx olmaqla hər birinin pəncərəsi olub, eyni zamanda mənzilin görünüşü həm həyətə, həm də parka olmaqla mənzilin sahəsi daxildən 56.61 kv.m olub.
Müqavilənin şərtlərinə görə, şirkət ona yeni tikilən binanın 1-ci girişi, 12-ci mərtəbəsində sahəsi 68.5 kv.m olan, 2 otaqlı mənzil təhvil verməli imiş.
Q. Luptakova qeyd edir ki, hazırda onlara verilən mənzil layihə üzrə bir otaqlıdır: “Eyni zamanda mənzilə gün düşmür, binanın içəri tərəfindən küncdədir, yaşayış üçün tam əlverişsizdir. Müqavilə üzrə bizə təqdim edilən mənzil 1-ci girişdə olması göstərilib, lakin hazırda təqdim edilən mənzil 2-ci girişdədir. Bizi bir otaqlı mənzil qane etmir, müqavilə şərtlərinin pozulmasına görə hazırda bizə təklif edilən mənzildən imtina edirik. Biz bu müqavilə üzrə bizə verilməli olan mənzili tələb edirik, yəni, layihə üzrə 2 otaqlı, ayrıca mətbəxi (hər birinin pəncərəsi olmaq şərti ilə), içərisinin tam ölçüsü 68.5 kv olan mənzil istəyirik”.
Q. Luptakova iddia edir ki, şirkətin əsl sahibi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov olduğu üçün şikayətinə baxılmır: “Biz şikayət edəcəyimizi dedikdə özünü satış müdiri kimi təqdim edən Məzahir adlı şəxs dedi ki, şirkətin sahibi Namiq Hümmətovdur, bizə heç kim heçnə edə bilməz, hara istəyirsiz şikayət edin”.
“Pearl Construction” MMC-nin nümayəndəsi Əsədov Məzahir bildirib ki, hələ həmin vətəndaşa veriləcək mənzil onlara təqdim edilməyib: “Bu pilot layihədir, bina tam təhvil verilməyib. Hazırda mənzillərdə təmir işləri davam edir. Həmin şəxsə mənzil təhvil verilməyibsə, onu neçə otaqlı olacağını bilə bilməz. Sadəcə təmir gedərkən gəlib binaya girib mənzillərə baxıblar. Vətəndaşın evi əvvəlcədən 2 otaq olubsa, tikilən mənzil də elə olacaq”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu məsələ ilə bağlı açıqlama verərək qeyd edib ki, Namiq Hümmətovun həmin şirkətlə heç bir əlaqəsi yoxdur: “Əgər mənzillə bağlı hər hansısa problemləri olsa, məhkəmə ilə həll edə bilərlər. Çünki burada münasibətlər şirkətlə vətəndaş arasında imzalanan müqavilə əsasında formalaşır”.
Marja.az Telegramda: https://t.me/marjaaz
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
-
- 14 d. əvvəl
-
18 d. əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 34 d. əvvəl
-
46 d. əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
-
9 saat əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Azərbaycan İrana 30 tona yaxın qida məhsulları göndərib
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Martın 10-da gözlənilən hava şəraiti
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib






















