“Azərbaycan Beynəlxalq Bankı”nın audit olunmuş hesabatı açıqlandı – 180 MİLYON MANATA YAXIN XALİS QAZANC
“Azərbaycan Beynəlxalq Bankı” ASC 31 dekabr 2020-ci il tarixinə olan konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb. Konsolidə edilmiş maliyyə göstəriciləri “Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə nəticələri ilə bərabər, törəmə şirkətlərinin - "ABB-Moskva" bankının, "ABB-GEO" QSC , "Azericard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-nin maliyyə göstəricilərini də əks etdirir (birlikdə qrup). Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatlarına müstəqil auditor şirkəti olan “Ernst & Young” (EY) şirkəti müsbət rəy verib.
Marja hesabatlara istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” qrupunun 2020-ci ildə vergidən əvvəlki mənfəəti 242 milyon 900 min manat olub. Bankın vergidən sonrakı xalis mənfəəti isə 178 milyon 956 min manat təşkil edib. Xatırladaq ki, qrup 2019-cu ili 215 milyon 708 min manat xalis mənfəətlə başa vurmuşdu. 2019-cu ildə vergidən əvvəlki mənfəəti 284 milyon 317 min manat olmuşdu.
Ötən il müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri artsa da, əsas bankçılıq fəaliyyəti ilə birbaşa bağlı olmayan - banklara yerləşdirilmiş vəsaitlər və "Aqrarkredit" vekselləri üzrə faiz gəlirlərinin azalması, xərclərin, o cümlədən pandemiya ilə bağlı kreditlərə görə ayrılmış mümkün zərərin ödənilməsi üçün ehtiyat xərclərində artım xalis mənfəəti ötən ilə nisbətən azaldıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Mühüm məqamlardan biri də müştərilərə verilən kreditlərin və kreditlərdən faiz gəlirlərinin artmasıdır. Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə Bankın xalis kredit portfeli (müştərilərə verilmiş cəmi xalis kreditlər) 231 milyon 214 min manat və ya 10,6% artaraq 2 milyard 397 milyon 18 min manata çatıb. Müqayisə olunan dövrdə Bankın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri isə 56 milyon 140 min manat artaraq 291 milyon 25 min manat təşkil edib.
Azərbaycan Beynəlxalq Bankının cəmi kredit portfelinin 1 milyard 249 milyon 486 min manatı fərdi müştərilərə (fiziki şəxslər), 1 milyard 297 milyon 797 min manatı isə real sektora verilmiş kreditlərdən ibarət olub. Ötən il Bankın ticarət və xidmət sektoruna verdiyi kreditlər 137 milyon 958 min manat artaraq 697 milyon 319 min manata, istehsal sektoruna verilən kreditləri 24 milyon 935 min manat artaraq 101 milyon 560 min manata, tikinti və daşınmaz əmlak sektoruna verilən kreditləri 85 milyon 862 min manat artaraq 136 milyon 255 min manata yüksəlib.
İPOTEKA KREDİTLƏRİ DƏ ARTIB
Fərdi müştərilərə verilmiş 1 milyard 249 milyon 486 min manat kreditin 653 milyon 827 min manatını ipoteka kreditləri təşkil edib. 2020-ci ildə Bankın ipoteka kreditləri portfeli 76 milyon 984 min manat artıb.
Ötən il Azərbaycan Beynəlxalq Bankı qiymətli kağızlara investisiyalarını 4,2 dəfə artıraraq 881 milyon 621 min manata çatdırıb.
AKTİVLƏRİ 9 MİLYARD MANATDAN YÜKSƏK MƏBLƏĞDƏ QALMAQDADIR
31 dekabr 2020-ci il tarixində Azərbaycan Beynəlxalq Bankı qrupu 9 milyard 204 milyon 782 min manat cəmi aktivlərə malik olub. Bank 2019-cu ilin sonunda 9 milyard 341 milyon 745 min manat cəmi aktivlərə malik idi. Aktivlərin cüzi azalması əsasən nağd vəsaitlərin və Mərkəzi Bankda yerləşdirilmiş müddətli depozitlərin azalması ilə bağlıdır.
31 dekabr 2020-ci il tarixində müştərilərin Azərbaycan Beynəlxalq Bankındakı hesablarında 5 milyard 460 milyon 956 min manat vəsaitləri olub.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının (1 milyard 241 milyon 287 min manat) 95,16%-i dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























