Kapital Bank sahibkarlar üçün yeni konsepsiyalı filialını istifadəyə verdi
Ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik Kapital Bank Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün yeni konsepsiyalı, “KOB Mərkəzi” filialını istifadəyə verib.
Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 143 (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə) ünvanında yerləşən yeni filial əsasən sahibkarlar üçün nəzərdə tutulub, onlara daha keyfiyyətli və rahat xidmət göstərmək üçün bütün zəruri şəraiti malikdir.
Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən “KOB Mərkəzi” filialı bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Belə ki, bu filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan bəhrələnə bilərlər. Bundan başqa filialda müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları da mövcuddur.
Yeni filialda həmçinin Kapital Bank-ın Mərkəz, Bakıxanov və Xətai filiallarında olduğu kimi 24 saat fəaliyyət göstərən, sayca 4-cü özünəxidmət sahəsi də yaradılıb. Özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb.
“Bildiyiniz kimi Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Hazırda bizim bir sıra filiallarımızda sahibkarlar və hüquqi şəxslər üçün xüsusi bölmələrimiz mövcuddur. Yeni konsepsiyalı “KOB Mərkəzi” filialımızda isə sahibkarlar daha rahat və sürətli bank xidmətlərindən yararlana biləcəklər. Ümid edirəm ki, ölkədə ilk dəfə təqdim olunan yeni filialımız sahibkarların ürəyincə olacaq”, - deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirdi.
Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər. Kapital Bank-ın müştərisi olmaq üçün sayta daxil olaraq, qeydiyyatdan keçmək lazımdır – https://onb-cb.kapitalbank.az/auth/login.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























