Qeyri-neft sektoru üzrə ixracda 142 milyon dollarlıq azalma
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilibİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında göstərilib ki, 2020-ci ilin ilk on bir ayı ərzində Azərbaycanın ixracı 13,1 milyard ABŞ dollar olub.
Qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 milyon ABŞ dolları və ya 8 faiz azalıb.
Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 628,1 milyon, Türkiyəyə 320,6 milyon, İsveçrəyə 201,3 milyon, Gürcüstana 117 milyon və Çinə 41,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (190,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 183,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (110,7 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 milyon, pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,4 milyon, kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon, pambıq ipliyi ixracı 15 milyon, spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı 21.4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1 faiz, çay ixracı 0,5 faiz artıb.
2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 milyon ABŞ dolları təşkil edib. 2020-ci ilin noyabr ayında qeyri-neft sektorunun ümumi ixracda payı 23,4 faiz təşkil edib. Ötən dövrlə müqayisədə bu rəqəm 9,3 faiz çoxdur. 2020-ci ilin noyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 faiz, qeyri-yeyinti sektoru üzrə isə 49,7 faiz təşkil edib.*
Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (77,5 milyon ABŞ dolları), Türkiyəyə (35,1 milyon ABŞ dolları), İsveçrəyə (24,8 milyon ABŞ dolları), Gürcüstana (7,9 milyon ABŞ dolları) və İtaliya (7,3 milyon ABŞ dolları) ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 25 d. əvvəl
-
30 d. əvvəl
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
-
34 d. əvvəl
"Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq"
-
36 d. əvvəl
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi “AVTOMATİKAAZ” şirkətinə 2,4 milyon manatlıq sifariş verdi
-
1 saat əvvəl
Azərbaycan Asiya-Sakit okean regionunun nüfuzlu pərakəndə ticarət federasiyasına üzv qəbul edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Bakının tramvay və metro sisteminə Çexiyadan yeni təklif
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xəzər rayonunun bir sıra vəzifəli şəxsləri cəzalandırılıb
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb

























