Sahibkarların bank hesablarındakı 20 min manatadək pul qorunan əmanətlərə aid edilir
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilir.
Marja xəbər verir ki, dəyişikliklərdəmn biri qanunun 2.1.1-ci maddəsinə edilir.
Maddəyə edilən əlavəyə görə, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir.
Qanunun 2.1.2.7-ci maddə aşağıdakı redaksiyada verilir:
“Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri”. Bundan əvvəl qanunda bu maddə “fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri” şəkilində idi. Yəni, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatdan yuxarı pul vəsaitləri qorunan əmanətlərə aid edilməyəcəkdir. 20 min manatadək pul vəsaitləri isə qorunan əmanətlərə aid ediləcəkdir.
Qanunun 26.1-ci maddəsində (Kompensasiyalar) "30 (otuz)" sözləri "100 (bir yüz)" sözləri ilə əvəz edilır və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
"Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir".
Yəni, bank iflas olduğu zaman fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri 20 min manatdan çox olmamaqla kompensasiya olunacaqdır. Eyni zamanda, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödəniləcəkdir. Bundan başqa, sığorta hadisəsi zamanı notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə 100 faizi həcmində kompensasiya ödəniləcəkdir. Bu dəyişikliklər 2021-ci il 5 aprel tarixindən qüvvəyə minəcəkdir.
Qeyd edək ki, "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilən dəyişiklik ilə, əmanətlərin tam sığortalanması müddəti 2021-ci il 5 aprel tarixinədək uzadılır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























