Sürücülərə 100 milyon manata yaxın cərimələr tətbiq edilib
2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2 milyon 846 min 500 olmuşdur.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır.
2020-ci ilin yanvar-sentyabr aylarında qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Xatırladaq ki, 2019-cu il ərzində qaydaların pozulmasına görə 119 milyon manat məbləğində cərimələr tətbiq edilmişdi. 2018-ci ilin 9 ayında isə qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdi.
504 NƏFƏR HƏLAK OLUB
2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olmuşdur. Onlardan 504-ü həlak olmuş, 1023-ü isə yaralanmışdır. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olmuşdur.
Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş vermiş, nəticədə 10 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
9 d. əvvəl
Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələb
- 12 d. əvvəl
- 15 d. əvvəl
-
40 d. əvvəl
Rəsmi Moskva Ukraynanın "Yandex"in data mərkəzlərinə hücumlarını misli görünməmiş adlandırıb
-
48 d. əvvəl
Polis: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
Rəsmi Moskva Ukraynanın "Yandex"in data mərkəzlərinə hücumlarını misli görünməmiş adlandırıb
“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Oktyabrın 13-də gözlənilən hava şəraiti
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Bakının tramvay və metro sisteminə Çexiyadan yeni təklif


























