"Açarıq sandığı, tökərik pambığı"
“Müharibə davam edərsə, biz Ermənistanın bütün ordusunu məhv edəcəyik”
“Deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq?”
Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.
“İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni, 233 erməni tankı bizdədir. Ondan sonra iki S-300 qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri - OSA-35 məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir”, - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti bildirib ki, Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-da münaqişə dayanıb, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıyıb:
“Baxın, Ermənistanın dövlət büdcəsində vəsaitlər var? Yoxdur. Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat sonra
-
10 saat əvvəl
Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR
-
11 saat əvvəl
"JAC Yük Avtomobilləri Satış Mərkəzi" Caspian Agro 2025 sərgisində iştirak edir
-
-
11 saat əvvəl
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
-
12 saat əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2025" sərgisində iştirak edir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib - FOTOLAR

Birjadan "FINCA Azerbaijan"ın istiqrazları barədə qərar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

Mərkəzi Bank lisenziyalaşdırmanı elektron qaydada həyata keçirəcək
Ən çox oxunanlar

“Para BOKT” maliyyə göstəricilərini açıqladı

Bakıda elektrik avtomobillərin növbəti sərgisi keçirilib

SOCAR, “Uzbekneftegaz”, “KazMunayQaz” və “Tatneft” arasında memorandumların reallaşdırılması müzakirə edilib

Prezident İlham Əliyev sərgilər ilə tanış olub

Sabahın hava proqnozu açıqlandı
