"Bakı Metropoliteni" iki yeni qatarı xəttə buraxıb
Daha ikisində sınaq işlərinə başlanılıbBu ayın əvvəlində Rusiyadan gətirilərək Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş daha 4 yeni qatardan ikisi artıq xətdədir.
“Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir ki, ötən müddət ərzində 81-765.B/766.B seriyalı yeni ən son nəsil vaqonların “Nərimanov” elektrik deposunda sazlanması və sınaqları üzrə işlər tamamlanaraq, istehsalçı "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin müvafiq razılığı alınaraq, aktlaşdırılıb və “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə xəttə buraxılıb.
Bununla hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb.
Digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə müvafiq sınaq və tənzimlənmə tədbirlərindən sonra hər iki qatarın xəttə verilməsi gözlənilir.
Ümumiyyətlə, Bakı metropoliteninin lokomotiv təsərrüfatında vaqon parkının yeniləşməsi 2015-ci ildən başlayıb. 2019-cu ilin oktyabrında "Transmaşholdinq"lə bağlanmış müqaviləyə uyğun olaraq “Metrovaqonmaş” Bakı metrosunu növbəti iki il ərzində də, hər il 20 vaqon olmaqla, ümumilikdə, 8 qatar tərkibini formalaşdıran 40 vaqon istehsal edəcək.
Qatarların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. Baş vaqon 38, orta vaqon 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır.
Bu xüsusda onu da qeyd edək ki, qatarların vaqonlararası birbaşa keçid konstruksiyalı olması salonu 15 faiz genişləndirməklə daha çox sərnişin daşımağa imkan verir. Eyni zamanda sərnişinlərin qatar boyunca bərabər paylanması sərnişinlərin rahatlığını və təhlükəsizliyini artırır.
Qapıların əvvəlki nəsil vaqonlardakından daha enli olması sərnişinlərin minib düşmə intensivliyinə də xüsusi təsir edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da var. İri yükləri, uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün sahələr ayrılıb. Vaqonlardakı tutacaqlar da sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə fiziki imkanları məhdud olan sərnişinlər üçün xüsusi xidmət növü fəaliyyət göstərir. “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb. Lakin 2015-ci ildən başlayaraq alınan vaqonlarda belə yerlər artıq vaqonların istehsal konstruksiyasında nəzərə alınır.
Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir.
Texniki tələblər sırasında paytaxtın yeraltı yollarının ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin olunmaqla yanaşı, burada qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər qurulub.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.
Sahəsi genişləndirilmiş maşinist kabinası sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.
Müştərilərin xəbərləri

PAŞA Qrup şirkətləri şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil xərclərini qarşılayır

Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar dayanıqlı depozit təşəbbüsü
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
5 saat əvvəl
İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyəni təbrik etdi
-
5 saat əvvəl
Qəbələyə qatar həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
-
-
6 saat əvvəl
“Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
-
6 saat əvvəl
Kredit təşkilatı 17 faizlə 5 illik 1 milyon manat borc axtarır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edildi
-
8 saat əvvəl
AccessBank-dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

İllik 8% gəlirlə dollar istiqrazlarını indi əldə edin

İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyəni təbrik etdi

Kredit təşkilatı 17 faizlə 5 illik 1 milyon manat borc axtarır

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi
Ən çox oxunanlar

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Sabahın hava proqnozu açıqlandı

Sığortaçıların 1-ci rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub

Gəncədə qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsi azalıb
