KİVDF-də baş verən pozuntularla bağlı cinayət işi başlanıldı

Ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan islahatlarla korrupsiyaya qarşı mübarizə tədbirlərinin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.
Prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.
Həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənmişdir.
Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərsək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən istintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 saat əvvəl
“Kiyev Alyaskada Putin və Trampın sülh şərtlərini rədd edib”
-
11 saat əvvəl
Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar
-
-
16 saat əvvəl
Ən ucuz uçuş və otel təkliflərini tap - Bütün səfərlər bir platformada
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
2 gün əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
Son Xəbərlər

“Kiyev Alyaskada Putin və Trampın sülh şərtlərini rədd edib”

Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar

Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur

Maaş kartını Bank of Baku-ya gətir, üstünlüklər əldə et

Azərbaycanda tikinti materiallarının istehsalı azlıb

“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu

Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir
