Azərbaycanda hibrid və tam elektrikli BMW-lərin satışı başladı
“İmprotex Motors” şirkəti hibrid və tam elektrikli mühərrikli avtomobillərin satışını elan etdi(®️) BMW şirkəti ekoloji avtomobillər sahəsində inkişaf etməkdə davam edir. Elektrifikasiya avtomobil sənayesinin inkişafının əsas trendlərindən biridir. Elektromobillərə tələbat getdikcə artır, onlar hər il bütün dünyada yeni azarkeşlər əldə edirlər.
Avtomobil həvəskarları üçün xoş xəbər "Improtex Motors" şirkətinin BMW Group ilə Azərbaycanda hibrid və tam elektrik avtomobillərinin təqdim edilməsi haqqında müqavilə bağlamasıdır. Bu isə o deməkdir ki, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olublar. BMW eDrive texnologiyasının davamlı inkişafı, avtomobilin tamamilə elektrik olduğu halda belə sükan arxasında olmaqdan əsl zövq almağa imkan verir.
Artıq bu gün “Improtex Motors” şirkəti çox gözlənilən BMW X5 xDrive45e - tam elektrik rejimində sürmək imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.
Tam ötürücülü BMW X5 xDrive45e 3 litrlik benzin mühərrikli “BMW EfficientDynamics”-dən ibarət olan 6 silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) “BMW eDrive” elektrik mühərriki ilə təchiz olunmuşdur. Ümumilikdə mühərriklər 290 kVt (394 at gücündə) 600 N⋅m maksimal fırlanma anına malikdirlər. Ən son nəsil Steptronic 8 pilləli avtomatik ötürmə sistemi və BMW xDrive intelektual idarəetmə sistemi sayəsində tork bütün dörd təkərlərə ötürülür, həm elektrik enerjisi ilə işləyərkən həm də daxili yanma mühərriklərindən istifadə edərkən.
Yeni BMW X5 xDrive45e-nin 100 km/saat sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə 235 km/saatdır. Krossover elektrik rejimində 110-135 km/saat sürətlə hərəkət edə bilir. 30 km/saat sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş BMW X5 xDrive45e onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.
BMW X5 xDrive45e akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 km səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kvt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir.
Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.
Yüksək gərginlikli batareya elektrik mühərriki və güc elektronikası ilə yanaşı, BMW i avtomobillərinin yaradılması zamanı istifadə olunan BMW eDrive texnologiyasının əsas elementidir. 8 moduldan ibarət olan, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdə BMW zavodunda istehsal olunur.
BMW i3 təkcə dünyanın ən populyar elektrik avtomobillərindən biri deyil, eyni zamanda BMW-nin Avropadakı bütün elektrikli avtomobillərin istehsalı və satışında lider olmasına imkan verən BMW i-nin əsas modelidir.
Tezliklə BMW həvəskarları ekoloji cəhətdən təmiz və futuristik avtomobili - BMW i3-i görə biləcəklər. Tam elektrik və hibrid mühərrikli avtomobilləri A. Salamzadə 33 ünvanda yerləşən “İmprotex Motors” salonunda (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən “İmprotex Motors Exclusive” də (əlaqə: 050-250-17-70) sifariş edə bilərsiniz.
Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq BMW i markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km.), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 5 gün sonra
-
- 2 gün sonra
- 6 saat əvvəl
-
18 saat əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
-
18 saat əvvəl
“Qardaşımla birgə 16 milyon vermişik” - Məhkəmədə Tale Heydərovun ifadəsi oxunub
-
19 saat əvvəl
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər
-
19 saat əvvəl
Xalq Bankın “Əmanət” lotereyasının ilk tirajında qaliblər müəyyən oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Ən çox oxunanlar
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər
151 manat ödəyib, 8598 manat aldı
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb

























