Kasıb tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verildi
Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:
- ünvanlı dövlət sosial yardımı alanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
- I və II dərəcə əlilliyi olan şəxslər;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.
- Bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin.
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etsin.
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və ali, orta ixtisas və peşə təhsili müəssisələri 20 gün müddətində bu Qərarın icrası üçün zəruri informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin sorğularının cavablandırılması qaydasında inteqrasiyası üçün müvafiq tədbirləri həyata keçirsinlər.
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir ay müddətində “Elektron hökumət” portalı vasitəsilə bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyasını təmin etsin.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin etsin
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat sonra
-
26 d. əvvəl
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
-
-
36 d. əvvəl
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
-
1 saat əvvəl
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
-
2 saat əvvəl
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
-
3 saat əvvəl
Ağdamda yeni şirkət: Un istehsalı həyata keçiriləcək - 12 milyon manatlıq layihə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
“Yelo Bank”ın kredit portfeli 1 milyard 150 milyon manatı keçib – Ən böyük artım biznes kreditlərindədir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
“AccessBank”ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir






















