Orta, kiçik tibb və qeyri-tibb işçilərinin maaşları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:
sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
ixtisas dərəcəsinə görə əlavə;
fasiləsiz əmək stajına görə əlavə;
gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.
Əlavə olaraq, kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan orta və kiçik tibb işçilərinə sabit əlavələr də ödənilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləğləri bilavasitə tibb müəssisəsinin fəaliyyətinin göstəricilərindən asılı olaraq müəyyənləşdirilir. Bu məqsədlə tibb müəssisələri müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarları 3 qrupda birləşir:
Xəstəxana strukturuna görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarlar üzrə toplanılan balların 2-yə nisbəti ilə müəyyən edilir);
Tibbi-statistik göstəricilərə görə - maksimal bal 40-dır (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir);
İnzibati idarəetmə fəaliyyətinə görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir).
Qiymətləndirmə nəticəsində tibb müəssisələri 3 qrupa (2-ci və 3-cü qruplar isə öz növbəsində iki kateqoriyaya – A və B kateqoriyasına) bölünürlər:
1-ci qrup – 30 bal daxil olmaqla 30 bal toplayan müəssisələr
2-ci qrup – 31-60 bal toplayan müəssisələr
A kateqoriya – 46-60 bal toplayan müəssisələr
B kateqoriya – 31-45 bal toplayan müəssisələr
3-cü qrup – 61 baldan yuxarı toplayan müəssisələr
A kateqoriya – 81 baldan çox toplayan müəssisələr
B kateqoriya - 61-80 bal toplayan müəssisələr
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq həvəsləndirici əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir. Qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği ilə Qaydadantanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
-
1 gün əvvəl
Son bir gündə vətəndaşların bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu
-
2 gün əvvəl
Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
-
2 gün əvvəl
122, 160A, 193, 195 və 503 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarılıb
-
2 gün əvvəl
Azərbaycanın icmal büdcəsində 1 milyard 683 milyon manat profisit yaranıb
-
2 gün əvvəl
1 aprel tarixinə Azərbaycanın 5 milyard dollardan çox xarici dövlət borcu olub
-
2 gün əvvəl
Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolu tikilir - 40 MİLYON MANAT AYRILIB
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurdu

Dövlət büdcələrinin icrasına dair operativ məlumat
Ən çox oxunanlar

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

Uber, Trendyol Go-nu satın almaq üçün danışıqlar aparır

Bankların adından Azərbaycan Prezidentinə müraciət ünvanlanıb

“Norm” şirkətində yığıncaq keçiriləcək

Quşçuluq şirkətinin direktoru vəzifədən azad ediləcək və yeni direktor təyin ediləcək
.jpg)