Abşeron Logistika Mərkəzində ilin yekunları müzakirə edilib
2019-cu ilin yekunları ilə bağlı 30 dekabr tarixində Abşeron Logistika Mərkəzində gömrük və vergi orqanları nümayəndələrinin də iştirak etdiyi tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən mərkəzin baş direktoru Ziya Ağayev bildirib ki, dövlət başçısının çoxşaxəli islahatları nəticəsində 2019-cu il Abşeron Logistika Mərkəzi və ümumilikdə ölkəmiz üçün çox uğurlu olmuşdur. O, qeyd edib ki, mərkəz beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilərək ölkə iqtisadiyyatının inkişafında, xüsusilə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində qısa müddət ərzində nəzərəçarpan paya sahib olaraq bütün fəaliyyət istiqamətlərində artım və yüksək nəticələr əldə edib.
Ziya Ağayev deyib ki, nəqliyyat və logistika sahəsində peşəkar kadrların yetişdirilməsi ilə bağlı müxtəlif təhsil müəssisələri ilə qarşılıqlı memorandumlar imzalanaraq mərkəz daxilində təcrübə proqramları təşkil olunub.
O, eyni zamanda əməkdaşlar üçün müasir tələblərə uyğun və təhlükəsiz iş mühiti yaradılaraq sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təlimlər keçirildiyini də vurğulayıb.
O, mərkəzdə müştəri məmnuniyyətini qarşılamaq məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə şirkətlərin təsis edildiyini bildirib.
Gələcək planlar haqqında məlumat verən Ziya Ağayev yeni tikinti materialları mərkəzi və yüksək funksionallığa, müasir infrastruktura sahib olan anbarların yaradılması ilə bağlı layihələrin icrasına başlanıldığını vurğulayıb.
O, mərkəzin fəaliyyətinə dəstək olan gömrük, Azərbaycan Dəmir Yolları və vergi orqanlarının rəhbərliklərinə minnətdarlığını bildirib.
Əldə edilən nailiyyətlərin bütün komandanın uğuru olduğunu qeyd edən Ziya Ağayev mərkəzin kollektivinə də öz təşəkkürünü bildirərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər kəsi təbrik edib.
Daha sonra Abşeron gömrük postunun rəisi Muxtar Şükürov hər kəsi Yeni il münasibətilə təbrik edib. O bildirib ki, mərkəzin bir sıra əhəmiyyətli dövlət orqanları ilə birgə fəaliyyət göstərməsi nəticəsində müasir biznes modelinin qurulması, İSO 9001:2015 beynəlxalq sertifikatının alınması kimi bir çox uğurlar məhz Ziya Ağayevin və onun rəhbərlik etdiyi kollektivin böyük əmək və səyinin nəticəsidir.
Sonda digər rəhbər işçilər çıxış edərək Abşeron Logistika Mərkəzinin ölkə iqtisadiyyatının inkişafındakı əhəmiyyətli rolundan və bu sahədə verə biləcəyi töhfələrdən danışıblar.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 3 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı























