“Expressbank” “Azərikard”ın şəbəkəsinə keçdi
(®) “Expressbank” “Azərikard” prosessinq mərkəzinə miqrasiya edib
Azərbaycanın ilk və aparıcı prosessinq mərkəzi olan “Azərikard”, rəqəmli xidmətlər çeşidini artıraraq zamanın nəbzini tutmaqla ölkənin maliyyə bazarının iştirakçılarının etibarını qazanmaqda davam edir.
Bu barədə “Marja”ya “Azərikard”dan bildirilib.
Ölkənin maliyyə bazarının daha bir iştirakçısı - “Expressbank”ın, prosessinq xidmətləri seçimində “Azərikard” şirkətinin şəbəkəsinə keçid edib.
“Azərikard” şirkəti, öz müştərilərinə əsasən rəqəmsal bankçılıq çərçivəsində müasir xidmətlərin təqdim olunmasını mütəmadi təmin edir. Bir çox yeniliklər ilə yanaşı Azərbaycanda ilk dəfə olaraq məhz “Azərikard” tərəfindən təqdim olunan Visa Token Service (VTS) layihəsi fiziki kart olmadan müştərilərə mobil telefon vasitəsilə ödəniş etmək imkanı yaratmışdır.
Qeyd edək ki, “Expressbank” son illər beynəlxalq maliyyə bazarında müşahidə olunan tendensiyalara uyğun olaraq nağdsız ödənişlərin inkişafına, maliyyə texnologiyalarının və innovasiyaların tətbiqinə böyük əhəmiyyət verir. “Expressbank” Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələrinə əsasən plastik kartlarla POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülüb. “Təmassız pos-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında ikinci yerin sahibi olub. “Elektron Ticarətin İnkişafında Lider Bank” nominasiyasında isə üçüncü yeri qazanıb.
“Bankımız kart xidmətlərini daim inkişaf etdirir və bu səbəbdən biz “Azərikard” şirkəti kimi güclü, etibarlı, innovativ və müasir texnologiyaları təqdim edən partnyor ilə əməkdaşlığın uğurlu və uzunmüddətli olduğuna inanırıq” - Azərikard şəbəkəsinə keçidi şərh edərkən “Expressbank”ın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev bildirib.
“Azərikard”ın Baş direktoru Fərid Quliyev deyib: “Ölkənin ən aparıcı banklarından olan “Expressbank”ın “Azərikard” prosessinq mərkəzinə keçidi qürur verici haldır. Bu həcmdə və belə iddialı bazar mövqeyi olan bankın bizim şəbəkəyə miqrasiya etməsi “Azərikard” üçün ilkdir. Biz əminik ki, biz bütün partnyorlarımızın etimadını doğruldaraq və lider mövqeyimizi saxlayaraq sayı artan bank partnyorlarımız ilə birgə daha da çox nailiyyətlər əldə edəcəyik. Həmçinin biz inanırıq ki, təqdim etdiyimiz texnologiyalar sayəsində partnyorlarımız ilə birgə ölkədə nağdsız ödənişlərin payının əhəmiyyətli artımına töhfə verə bilirik.”
Xatırladaq ki, “Azərikard” prosessinq mərkəzi artıq 22 ildir ki, ümumilikdə 21 banka xidmət göstərir. “Azərikard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. “Azərikard” sektorun bir sıra göstəricilərinə görə Azərbaycan bazarında lider mövqeyinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
17 saat əvvəl
"PAŞA Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
18 saat əvvəl
"Meqa Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
- 18 saat əvvəl
-
19 saat əvvəl
"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
19 saat əvvəl
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
-
20 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
Kredit Həyat Sığortasına maraq niyə artır?
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
“Azərboru” 1 milyon manatlıq zərərdən mənfəətə keçib
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
Əliyevlə Tramp arasında telefon danışığı olub
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
























