“Haqsız olaraq dövlətdən kompensasiya istəyirlər”
"Müvafiq orqan sığorta məsələsinə çox böyük diqqət yetirməlidir. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, baş vermiş fəlakətlərdə vətəndaşın əmlakına dəyən zərəri dövlət ödəsin".
"Marja" xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir əmlakların fövqəladə hallara qarşı sığortalanması məsələsinə toxunaraq qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır. Bu isə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür.
K.Heydərov bildirib ki, ticarət mərkəzi tikilir, şərait yaradılır, amma onun sığorta məsələsinə diqqətsiz yanaşılır:
"Və haqsız olaraq dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bi şey öz əksini tapıb. Ona görə də bu sahədə FHN-in və bilavəsitə bu işlərlə məşğul olan dövlət qurumlarının fəaliyyəti artmalıdır. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı işlər sayəsində insan itkisi baş verməyib. Amma mülklərə zərər dəyib, yanıb. Bu sığorta mədəniyyətini mənimsətsək, gələcəkdə bu problemlər olmaz. Heç kim heç nədən sığortlanamyıb. Əhalinin özü də diqqətli olmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























