"Bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik; 30 il də əməkdaşlıq edəcəyik"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də BP qrupunun baş icraçı direktoru Robert Dadlini qəbul edib.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Robert Dadli deyib:
- Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev deyib:
- Sizi yenidən görməyə şadam. Azərbaycana yenidən xoş gəlmisiniz. Mənə məlumat verilib ki, siz gələn il vəzifənizi tərk edəcəyinizlə bağlı açıqlama vermisiniz. Bu imkandan istifadə edərək Azərbaycanda biznesin inkişafına verdiyiniz töhfəyə görə sizə minnətdarlığımı bildirmək istərdim. Biz sizinlə bir neçə dəfə birgə layihələrimiz barədə müzakirələr aparmışıq və bildiyimə görə, BP-nin prioritetləri siyahısında bu layihələr ən yüksək mövqedədir. Bilirsiniz ki, BP ilə əməkdaşlığımız strateji əhəmiyyətə malikdir. Mən dəfələrlə ictimai qaydada bu barədə açıqlamalar vermişəm. Çox şadam və fəxr edirəm ki, bu 25 illik tərəfdaşlıq eyni məqsədi olan və bu məqsədlərə çatmaq üçün səmərəli addımlar atmış dostların tərəfdaşlığı olub. Bu, çox vacibdir. Bəzən məqsədlər müəyyənləşdirilir, lakin onlara necə çatmaq aydın olmur. Bizim nümunəmizdə 1990-cı illərin əvvəllərinin çox çətin geosiyasi vəziyyətində birlikdə tarixi layihələri həyata keçirə bildik. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun inkişafı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və bu yaxınlarda tamamlanan TANAP. Bu layihələrin hər birinin Azərbaycan üçün tarixi əhəmiyyəti var. Azərbaycanın bugünkü sürətli inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı. Bütün bu illər ərzində biz həqiqətən də tərəfdaşlar kimi çalışdıq, bir-birimizi dəstəklədik, bir-birimizin problemlərinə anlayış göstərdik. Düşünürəm ki, bu, dünyada nadir bir təcrübədir. Hazırda biz bütün vacib layihələrin tamamlanmasına yaxınıq. Mən TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirakımdan şadam. İndi tamamlanmasına yaxın olduğumuz TAP-ın üzərində işləməyimiz lazımdır, - 90 faizi artıq tamamlanıb, - həmçinin BP-nin digər layihələri. Çünki bizim əməkdaşlığımız davam edəcək. “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinin 2050-ci ilə qədər uzadılmasından sonra biz əlavə olaraq aktiv 30 il və daha çox əməkdaşlıq edəcəyik. Beləliklə, bu, indikindən daha da strateji olacaq.
Cənab prezident, bir daha sizə şəxsən verdiyiniz töhfələrə, tərəfdaşlığınıza görə minnətdarlığımı bildirmək istərdim. Sizə uğurlar arzulayıram və əziz qonağımız kimi gələcəkdə sizi daha çox görməyə ümid edirəm.
Robert Dadli deyib:
- Təşəkkür edirəm, cənab Prezident. Bu, Azərbaycanın enerji tarixində çox mühüm hadisədir. Demək istəyirəm ki, onlardan biridir. Sizin uzaqgörən atanız və Siz bunun əsasını qoyarkən bir neçə ölkəni mürəkkəb regionda bir araya gətirdiniz. Yüksək texnologiyalar neft sektoru ilə yanaşı, təbii qaz sektoruna da cəlb edildi və irəlidə hələ də daha çox kəşfiyyat işləri və layihələr var. Fikrimcə, bunlar bir neçə ölkənin sərhədlərini aşmaqla dünyanın ən mürəkkəb layihələridir. Təsəvvür etsək ki, Yer kürəsinin elə bir yeri yoxdur ki, misal üçün, Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya gedən boru kəmərinin ekvivalentini orada tapmaq olsun. Məncə, Azərbaycandan başqa heç bir ölkə bunu edə bilməzdi. Bu illər ərzində bütün bu ən mürəkkəb ideyaların reallığa çevrilməyini görmək baxımından Sizinlə və Sizin komanda ilə - Rövnəq və Elşadla birgə işləmək şəxsən mənim üçün çox xoş oldu. Bu, möhtəşəmdir. BP-dəki insanların uzun illər boyunca əzmkarlığı çox diqqətəlayiqdir. Cənab Prezident, mən çox məmnunam – BP-də 40 illik fəaliyyətimdən, 10 ilə yaxın baş icraçı direktor olmağımdan və indi də estafeti rahat şəkildə Bernard Luniyə təhvil verməyimdən məmnunam. Bernard çox yaxşı işləyəcək və Azərbaycandakı işlərimizə eyni dərəcədə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
58 d. əvvəl
Qızılın qiyməti 4700 dollara yaxınlaşdı - 5000 dollar ssenarisi güclənir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Volkswagen-də dərin böhran: İşçilər rəhbərliyə etimadın sarsıldığını bildirir
-
3 saat əvvəl
Tramp Kanada ilə gərginlik fonunda Ontario gölünün adını dəyişməklə hədələdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO
-
4 saat əvvəl
Azərbaycandan Avropa ölkəsinə işçilər aparılacaq – 200-dən çox vakansiya
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Tramp: İran ordusunun böyük hissəsinin maaşı ödənilmir
LC Waikiki — yeni dərs ilində ailələrin yanında ®
Ən çox oxunanlar
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentdən “Dənizkənarı Bulvar İdarəsi”lə bağlı FƏRMAN
Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi Prezidentin İşlər İdarəsinin balansına verilir
“Azəripək” “Azərxalça”ya birləşdirilir – “Azəripək”in özəlləşdirilməsi dayandırılır
Qarabağ Dirçəliş Fondunda gəlirin əsas mənbəyi dəyişir






















