Sahil Babayev iclas keçirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib.
Nazir Sahil Babayev bildirib edib ki, bir tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, o cümlədən əmək haqqı, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılır. İmtiyazlı vətəndaşların mənzillə və avtomobillə təminatı da daxil olmaqla, mühüm sosial proqramlar xeyli genişləndirilir. Şəhid ailələrinə və müharibə əlillərinə ötən il nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi evin verilməsi işləri aparılır.
S.Babayev bildirib ki, digər tərəfdən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.
Nazir prioritet fəaliyyət istiqaməti kimi reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi işlərinin davam etdirildiyini deyib. Bu ay Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verildiyini bildirib. Bu ilin sonuna qədər daha bir sıra sosial obyektlərin həssas qruplardan olan vətəndaşların istifadəsinə veriləcəyini, gələn il də bu istiqamətdə işlərin aparılacağını diqqətə çatdırıb.
S.Babayev cari ilin 10 ayı ərzində nazirliyin Bərpa Mərkəzləri tərəfindən 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə isə ambulator qaydada reabilitasiya xidmətləri göstərildiyini deyib. Bildirib ki, yeni reabilitasiya ocaqları istifadəyə verildikcə bu göstəricilər əhəmiyyətli dərəcədə yüksələcək.
Sosial xidmətlərin əhatə dairəsinin genişləndirildiyini qeyd edən S.Babayev bu sahədə göstərilən xidmətlərə, sosial xidmətçilərin fəaliyyətinə monitorinq və nəzarət sisteminin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, ümumilikdə sosial xidmətlərin keyfiyyətinin artırılması, bu sahədə fəaliyyət mexanizminin yenidən qurulmaqla təkmilləşdirilməsi üçün islahat tədbirlərinin zəruri olduğunu bildirib.
Nazir həmçinin qeyd edib ki, peşə reabilitasiyası tədbirləri də gücləndirilməli, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzinin imkanlarından daha səmərəli istifadə təmin edilməlidir.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli nazirliyin sifarişi ilə sosial obyektlərin təmiri və tikintisi sahəsində aparılan işləri diqqətə çatdırıb. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov həssas qruplardan olan vətəndaşlara göstərilən sosial xidmətlər, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov nazirliyin tabeliyindəki bərpa müəssisələrinin fəaliyyəti, nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bəzi sahələr üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişiklik edilməsi məsələləri barədə çıxış ediblər.
İclasda sosial obyektlərin tikintisi və təmiri, sosial xidmətlərin təşkili, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası sahələrində aparılan işlər ətraflı müzakirə olunub. Həmçinin bir sıra sahələr üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişiklik edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
Laboratoriya analizi və texniki inspeksiya xidmətləri - "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat sonra
-
2 d. əvvəl
“Bank of Baku”nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
-
-
39 d. əvvəl
“Bank VTB (Azərbaycan)”ın kredit portfeli 60 milyon manat artıb
-
52 d. əvvəl
Bankdan narazı qalan vətəndaşlar nə etməlidirlər? – Şikayət qaydaları
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avropaya 8,6 milyard kubmetr qaz göndərib – Türkiyəyə ixrac 7 milyard kubmetrdir
-
1 saat əvvəl
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
-
2 saat əvvəl
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
-
3 saat əvvəl
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
“Bank VTB (Azərbaycan)”ın kredit portfeli 60 milyon manat artıb
Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib
FINCA Azərbaycan Lənkəranda maliyyə savadlılığı təlimi və müştərilərlə görüş keçirib ®
399,99 manatlıq məhsul 199,99 manata, 99,99 manatlıq məhsul isə 29,99 manata satılacaq ®
Ən çox oxunanlar
Konserv istehsalçısına yeni icraçı direktor seçiləcək
“Rabitəbank”ın ipoteka və biznes kreditləri daha sürətlə artır
“Yelo Bank”da şirkətlərin depozitləri 18 milyon manat azalıb – Əhalinin əmanətləri isə artıb
“Yelo Bank”ın kredit portfeli 1 milyard 150 milyon manatı keçib – Ən böyük artım biznes kreditlərindədir






















