Dövlət bankının xalis mənfəəti 6 dəfəyə yaxın artıb
“Azər-Türk Bank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü (9 ay) 672 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqyisədə Bankın xalis mənfəəti 5,6 dəfə artıb. Belə ki, “Azər-Türk Bank” 2018-ci ilin yanvar-sentyabr dövrünü 120 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Azər-Türk Bank”ın faiz gəlirləri 3 milyon 451 min manat manat və ya 27,1% artaraq 16 milyon 173 min manat, qeyri-faiz gəlirləri isə 166 min manat və ya 2,2% azalaraq 7 milyon 540 min manat təşkil edib.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Azər-Türk Bank”ın faiz xərcləri 358 min manat və ya 6,4% azalaraq 5 milyon 193 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 473 min manat və ya 9,2% artaraq 17 milyon 519 min manat təşkil edib.
GƏLİRLƏRİ XƏRCLƏRİNDƏN ÇOX ARTIB
Nəticədə, cəmi gəlirlərin 3 milyon 285 min manat artması ilə bərabər cəmi xərclər 1 milyon 115 min manat artıb və Bankın cəmi xalis gəlir artımı 2 milyon 170 min manat təşkil edib.
2019-cu ilin yanvar-sentyabr dövründə “Azər-Türk Bank”ın cəmi gəlirləri 23 milyon 713 min manat, cəmi xərcləri 22 milyon 712 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 1 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 329 min manatını ehtiyata ayırıb və nəticədə 9 ayı 672 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə “AzərTürk Bank”ın cəmi gəlirləri 20 milyon 428 min manat, cəmi xərcləri 21 milyon 597 min manat və nəticədə 1 milyon 169 min manat əməliyyat zərəri yaranmışdı. Mümkün zərərlər üçün yaradılmış xüsusi ehtiyatdan 1 milyon 289 min manatın azad olması hesabına Bank əməliyyat zərərini bağlamış və 120 min manta xalis mənfəət təmin etmişdi.
DİGƏR BANKLARA DAHA ÇOX DEPOZİT QOYUB
30 Sentyabr 2019-cu il tarixində “Azər-Türk Bank” 351 milyon 879 min manat cəmi aktivlərə malik olub, aktivlərin 172 milyon 699 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2018-ci ilin sonunda “Azər-Türk Bank”ın cəmi aktivləri 370 milyon 242 min manata və müştərilərə verilən kreditlər 175 milyon 399 min manata bərabər idi. “Azər-Türk Bank” banklar və digər maliyyə institutlarındakı depozitlərini 15 milyon 473 min manat artıraraq 25 milyon 673 min manata çatdırıb.
ŞİRKƏTLƏRİN HESABLARINDAKI VƏSAİT ARTIB
9 ay ərzində “Azər-Türk Bank”da cəmi depozitlər 20 milyon 224 min manat azalaraq 184 milyon 681 min manata düşüb, o cümlədən fiziki şəxslərin depozitləri 33 milyon 721 milyon manat azalaraq 76 milyon 731 milyon manata geriləyib, hüquqi şəxslərin depozitləri isə 13 milyon 497 milyon manat artaraq 107 milyon 950 min manata yüksəlib.
KAPİTALI ARTIB
30 Sentyabr 2019-cu il tarixində “Azər-Türk Bank” 55 milyon 717 min manat cəmi balans kapitalına malik olub. Ötən ilin sonunda bu rəqəm 55 milyon 403 min manat idi. Eyni tarixdə “AzərTürk Bank”ın məcmu kapitalı 52 milyon 225 min manat təşkil edib.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
-
2 d. əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
-
- 11 d. əvvəl
-
18 d. əvvəl
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
-
35 d. əvvəl
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
1 saat əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
Ən çox oxunanlar
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
























