“Unibank”ın xalis mənfəətində ikiqat artım - BÖYÜYÜR, KAPİTALINI BƏRPA EDİR
“Unibank”ın müştərilərə verdiyi kreditlərin artması ilə faiz, haqq və komissiya gəlirləri artıb. Eyni zamanda, Bank, problemli kreditlərin azalması ilə ehtiyatdan qayıdan vəsait hesabına kapitalını bərpa edir.
“Unibank” ASC 2019-cu ilin yanvar-sentyabr dövrünü (9 ay) 66 milyon 803 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqyisədə Bankın xalis mənfəəti təxminən 2 dəfə artıb. Belə ki, “Unibank” ASC 2018-ci ilin yanvar-sentyabr dövrünü 34 milyon 110 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Unibank”ın faiz gəlirləri 29 milyon 426 min manat və ya 85% artaraq 64 milyon 58 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 379 min manat və ya 18% artaraq 15 milyon 549 min manat təşkil edib.
2019-cu ilin 9 ayı ərzində “Unibank”ın cəmi gəlirləri 79 milyon 629 min manat, cəmi xərcləri isə 70 milyon 366 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 9 milyon 263 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, əvvəlki dövrlərdə ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatdan 57 milyon 591 min manatın azad olması hesabına mənfəət 66 milyon 853 min manata yüksəlib. “Unibank” 51 min manat mənfəət vergisi də ödəyib və beləliklə, 9 ayı 66 milyon 803 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında “Unibank”ın cəmi gəlirləri 48 milyon 825 min manat, cəmi xərcləri (faiz, qeyri-faiz, inzibati və s.) isə 54 milyon 384 min manat təşkil edtmişdi. Nəticədə 5 milyon 559 min manat əməliyyat zərəri yaranmışdı. Lakin, ehtimal olunun kredit itkiləri üçün əvvəlki dövrlərdə yaradılmış ehtiyatdan azad olmuş 39 milyon 732 min manatı hesabına həm əməlyyat zərəri bağlanmış, həm də 34 milyon 110 min manat xalis mənfəət təmin edilmişdi.
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Unibank”ın cəmi gəlirləri 30 milyon 804 min manat və ya 63%, cəmi xərcləri isə 15 milyon 982 min manat və ya 29,4% artıb. Cəmi xalis gəlir artımı 14 milyon 822 min manat təşkil edib.
BANK BÖYÜYÜB
2019-cu ilin 9 ayı ərzində “Unibank”ın cəmi aktivləri 93 milyon 894 min manat artaraq 787 milyon 771 min manata, müştərilərə verilən kreditlər isə 37 milyon 461 min manat artaraq 425 milyon 114 min manata yüksəlib.
2019-cu ilin 9 ayı ərzində “Unibank”ın müştəri hesabları (depozitlər) 61 milyon 485 min manat artaraq 528 milyon 736 min manata çatıb.
Bankın mənfəət əldə etməsi ilə əlaqədar olaraq “Unibank”ın cəm kapitalı 2,2 dəfə artaraq 122 milyon 832 min manata yüksəlib. 9 ay ərzində məcmu kapitalın həcmi 30% artaraq 82 milyon 300 min manata çatıb.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
-
3 d. əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
-
36 d. əvvəl
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
1 saat əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
Ən çox oxunanlar
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb























