Hyundai "müharibə"də qalib olmaq üçün uzunmüddətli layihələrinə fokuslanır
(®) 2019-cu ilin sonuncu rübü yaxınlaşdıqca müxtəlif təşkilatlar ötən ilin sonunda veridikləri proqnozları gözdən keçirməyə və bəzən də yeniləməyə məcbur olurlar. Davam etməkdə olan 2019-cu il avtomobil sənayesi üçün ciddi mərhələlərin arxada qalması ilə əlamətdar olmaqdadır. Bir zamanlar fantastika janrında çəkilən filmlərdə uzaq gələcək kimi görünən elektriklə çalışan avtomobillər artıq həyatımızın birparçasına çevrilmişdir.
Artıq Bakı küçələrində gördüyümüz İONİQ-lər bizi o qədər də təəcübləndirmir. Bu gün istehsalçılar yalnız minik, sərnişin daşıma və yük daşıma təyinatlı deyil, həm də avtombil idmanı təyinatlı EV avtomobillərin istehsalı ilə fahtaziya sərhədlərini arxada qoymuşlar.
Müxtəlif təşkilatların yayınladığı statistikalarda 2016-cı ildən etibarən dünyada avtomobil istehsalının orta hesabla 79 milyon ədədi keçmədiyi müşahidə edilir. Maraqlı məqam isə 1990-1999-cu illərdir ki, 10 il ərzində dünya üzrə avtomobil istehsalı cəmi 39.2 milyon ədəd təşkil edirdi. Başqa bir maraqlı dövr isə 2000-2015-ci illərdir ki, burda 15 illik istehsal həcmi 54.9 milyon ədəd təşkil edir. Halbuki 2016-ci ildə dünya üzrə minik avtomobillərinin istehsal həcmi 77.3 milyon ədədə yüksəmiş və əvvəlki dövrlərlə müqaisədə demək olar ki, sabit saxlanılmışdır. Aşağıdkı illustrsiyada bunu daha aydın müşahidə etmək ümükündür. Belə məqamda sadə və bir o qədər də maraqlı sual ortaya çıxır. Səbəb nədir? Hər halda eksprtlər 3 mühüm amili qabardırlar.

İntensiv urbanizasiya prosesi xüsusilə dünya əhalinin həyat tərzinin dəyişməsi və bunun da öz növbəsində infrastruktura təsiri başlıca amillərdən biridir. Son məlumatlarda dünya əhalisinin 60%-dən artığının urban bölgələrdə yaşaması barədə tərtib edilən hesabatlar bu ehtimalı ciddi şəkildə əsaslı hesab edir. Başqa bir məqam isə dünyada baş verən demoqrafik partlayışdır ki, bu əvvəlki tezisi daha da gücləndirir. Bunun da öz növbəsində təbii səbəblərinin olmasını inkar etməmək lazımdır. Xüsusil ilə vurğulamaq lazımdır ki, avtomobil sənayesinə Çin artıq yalnız istehsal və işçi qüvvəsilə deyil, həm də ciddi nüfuza sahib olan avtomobil brendləri ilə daxil olur. Başqa bir məqam isə texnologiyanın idxalı ilə nüfuz qazanmış ölkələrdə ki həyat şəraitinin yüksəldilməsini nəzəzə alınaraq texnologiyanın ixracı ilə nüfuz qazanmış ölkələrdə ixracın stimullaşdırılmasının məişət səviyyəsinə qədər enməsi və ekoloji faktorlara əsaslanan dayanıqlı qanun layihələrinin və qərarların verilməsidir. Sadə dildə desək, köhnəlmiş avtomobil bazarlarının yaranması və genişlənməsidir.
Ölkəmizdə də intensiv şəkildə sayı artan Hyundai markası üzərindən misallarla davam edə bilərik. Məsələn, 2018-ci il Yanvar-Senyabr aylarında Hyudai markasının ABŞ üzrə satış göstəricisi 501701 ədə təşkil edirdisə, 2019-cu lin müvafiq dövründə bu rəqəm 521265 ədəd təşkil etmişdir. Bu isə 3.9% mübət flaktasiya ilə ABŞ bazarı üçün 2-ci göstəricidir. Gəlin nəzərə alaq ki, Hyundai məhz ABŞ bazarı üçün istehsal etdiyi Palisade, Sonata və yenicə bazara daxil olan Venue modeli ilə ciddi həmlələr planlaşdırır. Bu isə penetrasiyanın hansı səviyyədə olacağı barədə ciddi təəsürat oyatmaya bilməz.

Müqaisə üçün deyək ki, 2018-ci ilin müvafiq dövründə Hyundai modelinin qlobal satışları 3.4 milyon təşkil edirdisə, 2019-cu ilin müvafiq dövründə bu göstərici 3.2 milyon təşkil edir. Hyundai döyüşü uduzmuş kimi görsənsə də müharibədən qalib ayrılmaq üçün uzunmüddətli proyeklərinə fokuslanır. Tezisi misal kimi Çinin 2018-ci ildə 24 milyon avtomobil istehsalı ilə dünya lideri olmasını misallla möhkəmləndirmək olar. Nəzərə alaq ki, bu siyahıda 16 milyon fərqlə Almaniya 3-cü, Hindistan 4-cü və Cənubi Koreya 5-ci yerdədir. Hyundai isə investisyalarını məhz adı çəkilən bu dörd ölkədə cəmləməkdədir.
Bir sıra avtomobil mütəxəssisləri 2019-cu ilin son rübünü avtomobil sənayesi baxımından qlobal məkanda sürpizlər gözləməyin böyük məyusluq olduğunu düşnürlər. Bu dövr daha çox rəqabət amilinin yeni mərhələ və platformalr üzərindən daha geclənəcəyini, bazar iştirakçılarının eyni seqmentlərdə daha çox möhkəmlənmək üçün alternativlərin aktivləşdirmələri ilə yadda qalacaq. Hyundai markasının timsalında isə SUV seqmentini üzrə şirkətin daha aqressiv fəaliyyətinin şahidi olacağıq.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
18 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















