NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.
Holdinq tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsait hesabına 2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Həmçinin, 2000-dən çox şəhid övladına NEQSOL Holding-in dəstəyi ilə “YAŞAT” Fondunun təşkil etdiyi sosial layihələr çərçivəsində müxtəlif formada dəstək göstərilib.
“Məktəb Ləvazimatları ilə Təminat” layihəsi çərçivəsində 2025-2026-cı tədris ili üzrə 1467 şəhid övladı bir illik məktəb ləvazimatları ilə təmin edilib. Layihə uşaqların təhsil prosesinə dəstək məqsədi ilə həyata keçirilib.
Holdinq həmçinin 2025-ci ilin yay aylarında Lənkəran şəhərində 10-17 yaşda olan 457 şəhid övladının iştirakı ilə 4-cü “YAŞAT” düşərgəsi layihəsinə dəstək göstərib. Düşərgədə uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki və mənəvi inkişafına yönəlmiş müxtəlif təlim və əyləncə proqramları keçirilib.
Holdinq dəstəyi ilə Birləşmiş Krallıqda Yay Məktəbi də təşkil edilib. Ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı London şəhərində 2 həftə ərzində beynəlxalq mühitdə təhsil, dil və mədəniyyət təcrübəsi qazanıb.
2025-ci ildə həmçinin “Hədiyyə Karvanı” layihəsi çərçivəsində 1673 şəhid övladına hədiyyə qutuları təqdim olunub. Layihə uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq və onlara mənəvi dəstək göstərmək məqsədi daşıyıb.
NEQSOL Holding “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir. 2021-ci ildən etibarən və hazırkı istifadə olunan məbləğ də daxil olmaqla, Holdinqin qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
NEQSOL Holding Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.
NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 d. əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
17 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub























