Prezidentin iştirakı ilə Nəqliyyat Mübadilə Mərkəzi açıldı - YENİLƏNİB

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Qeyd edilib ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan ibarət hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.
Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.
Dövlətimizin başçısı və birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlanıblar.
Bildirilib ki, burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub.
Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək. Ümumilikdə isə gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib.
Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirib.
Mərkəzin əsas özəlliklərindən biri də ərazidəki istirahət parkıdır. Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik bəxş edir.
Prezident İlham ƏLİYEV: Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

PAŞA Holding-in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
3 d. əvvəl
FINCA Azərbaycan istiqrazları satışa çıxarılır: illik 15% gəlir
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
BEGOC Biznes Mərkəzində talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib
-
1 saat əvvəl
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasının dövriyyəsi reponun hesabına kəskin artıb
-
10 saat əvvəl
Marketlər şəbəkəsi 3 yox, 5 yox, tam 7 gün endirimlərə start verəcək
- 10 saat əvvəl
-
13 saat əvvəl
"Marcom" şirkəti Rusiya markaları ilə eyni dili danışmağı bacarıb
-
14 saat əvvəl
Özbəkistan aviaşirkəti Bakı-Daşkənd üzrə birbaşa uçuşlara başlayıb
Son Xəbərlər

FINCA Azərbaycan istiqrazları satışa çıxarılır: illik 15% gəlir

Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarını açıqladı

Rəsmi məzənnələr açıqlandı

Marketlər şəbəkəsi 3 yox, 5 yox, tam 7 gün endirimlərə start verəcək

Yay səyahətlərinizi "Aybilet" ilə daha ucuz edin!
Ən çox oxunanlar
.png)
"Marcom" şirkəti Rusiya markaları ilə eyni dili danışmağı bacarıb

Özbəkistan aviaşirkəti Bakı-Daşkənd üzrə birbaşa uçuşlara başlayıb

Azərbaycan Danimarkanın iri şirkətilə anlaşdı

Şirkətinizin uğuru sağlam və xoşbəxt işçilərdən asılıdır

“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb

PAŞA Holding-in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
