Azərbaycanın pambıq şirkətlərinin ixracı artıb
Pambıq istehsalı, emalı və satışı ilə məşğul olan Azərbaycanın “P-Aqro” şirkətinin ixracı kəskin artıb.
“Marja” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında “P-Aqro” MMC cəmi ixracı 17,8 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,5 dəfə çoxdur. Ötən ilin 7 ayında şirkətin ixracının həcmi 213 min dollar təşkil etmişdi.
Azərbaycanın başqa bir pambıq şirkəti "MKT İstehsalat Kommersiya" MMC-nin cari ilin 7 ayında ixracının məbləği 45,1 milyon dollar təşkil edib. Şirkətin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19% artıb. 2018-ci ilin yanvar-iyul aylarında "MKT İstehsalat Kommersiya"nın ixracının məbləği 37,9 milyon dollar təşkil etmişdi.
Məlumat üçün bildirək ki, “P-Aqro” MMC tabeliyində 17 filial, Saatlı və Ucar rayonlarında yerləşən 2 pambıq emalı zavodları fəaliyyət göstərir. Saatlı Pambıq Emalı Zavodu illik 20 000 ton xam-pambıq və Ucar Pambıq Emalı Zavodu isə illik 40 000 ton xam-pambıq emal etmək gücünə malikdir. “P-Aqro” MMC tərəfindən 2018-ci ildə 24 min hektar torpaq sahəsində pambıq əkilmiş, 36 min tondan çox xam pambıq tədarük edilmişdir. 2019-cu il mövsümündə 19000 ha əkinə yararlı və suvarılan torpaq sahələrində pambıq əkilməsi planlaşdırılmışdı.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycanın pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan aparıcı şirkətidir. 1995-ci ildən fəaliyyətə başlayan Cəmiyyət ölkənin pambıqçılıqla məşğul olan qabaqcıl rayonlarında (Ağcabədi, Ağdam, Ağdaş, Biləsuvar, Beyləqan, Bərdə, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, Tərtər, Goranboy, İmişli, Ucar, Yevlax, Zərdab) yeni pambıq sortlarının əkilməsi, məhsuldarlığın artması, əlverişli infrastrukturun yaradılması istiqamətində işlər aparmaqda davam edir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 3 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı






















