"Üstündən 5 ay keçib: nə təhlil var, nə də təklif"
"Bəzi yerlərdə peşəkarlıqdan kənar olaraq, Bakının tarixi mərkəzində nə ətrafdakı binaların miqyasına, nə də tarixi məhəllələrin planlı surətdə qorunub saxlanılmasına məhəl qoyulmur. Bunun da səbəbi, bu əraziyə pərakəndə yanaşmaqdadır".
“Marja”nın məlumatına görə, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri,Respublikanın Əməkdar memarı Elbay Qasımzadə bildirib.
Elbay Qasımzadə deyib ki, Bakının inzibati rayonlarının sərhədləri, onun vahid şəhərsalma tarixi abidəsi olan mərkəzini dörd yerə bölüb: Səbail, Yasamal, Nəsimi, Nərimanov rayonlarının ərazilərinin bir qismi bu qoruq əraziyə aiddir:
“Misal gətirim. Bakı sakinlərinin ən sevdikləri Nizami küçəsinin cənub sərhədi Səbail rayonuna, şimal tərəfi isə Nəsimi rayonuna aiddir. Hər iki rayonun rəhbərliyi, memarı və s. aidiyyəti olan işçiləri var. Bunların təbii ki, zövqü də, yanaşmaları da bir-birindən fərqlidir və öz keyfiyyətləri səviyyəsində bu insanlar vəzifə borclarını yerinə yetirərək qərarlar verirlər. Küçənin bir tərəfində biri, o biri tərəfində isə o birisi. Dostlar, küçə birdir! Nizami küçəsidir, Bakının bir neçə nəsil sakinlərinin böyüdüyü “Torqovı” küçəsidir!..”
“Bu ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə sənət adamlarının görüşündə mən bu məsələni şəhər üçün ən böyük təhlükə olduğunu vurğulayaraq qaldırdım”, deyən əməkdar memar sözlərinə belə davam edib:
“Görüşün sonunda yekun sözündə möhtərəm Prezidentimiz bütün səslənən fikir və təkliflər haqqında danışaraq, Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi və bu əraziyə xüsusi status verilməsi ideyasını böyük həvəs və hərarətlə dəstəklədi. Hətta Dənizkənarı Bulvarı və İçərişəhəri nümunə gətirib, onlara xüsusi status veriləndən sonra oradakı vəziyyətin nə dərəcədə yaxşılaşdığını təsdiqlədi. Bu barədə danışarkən cənab Prezident yerindəcə tapşırıqlar da verdi. Biz Memarlar İttifaqı olaraq, bu tapşırıqların bizə aid olan hissəsini - Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi təklifini 3 gün ərzində hazırladıq və müvafiq qaydada təqdim etdik. Bu sənəd təhlil edilib və müxtəlif dövlət qurumlarına və nazirliklərinə göndərildi.
Qeyd etməliyəm ki, mənim iclasda çıxışım bu təşkilatlarda böyük həyəcana səbəb oldu. O zaman mən düşünürdüm ki, bu sevinc həyəcanıdır.
Üstündən 5 ay keçib: nə təhlil var, nə də təklif. Düşünürəm ki, burada təşkilatlararası maraqlar məsələnin həllinə mane olur. İndi başa düşürəm ki, o həyəcan maraqların pozulması səbəbindən imiş. Əlbəttə, bu ərazidə torpaq, mülkiyyət, inzibatçılıq və başqa maraqlar çoxdur. Lakin məqsədin nə dərəcədə vacibliyini nəzərə alaraq, öz maraqlarını aşıb, vətənpərvərliyə üstünlük vermək lazımdır. Ümid edirəm ki, bu sözlərim aidiyyəti olan insanların qəlbinə çatacaqdır. Əgər çatmazsa, heç şübhəm yoxdur ki, dövlət başçısı yaxın zamanda tapşırığının nə dərəcədə icra olunduğunu soruşacaq. Çünki o, yurdunu, tarixini, mədəniyyətini yüksək tutan şəxsiyyətdir.
Həmin görüşdə Bakıda XX əsrin parlaq memarlıq ulduzları olan Sadıx Dadaşovun və Mikayıl Hüseynovun abidələrinin ucaldılması məsələsi də səsləndi və cənab Prezident tərəfindən tapşırıq verildi. Ümid edirəm ki, Bakının memarlıq simasını formalaşdıran əsərlərin müəlliflərinin abidələri yaxın vaxtda ucaldılacaq.
Bakı haqqında hər insan başa düşdüyü səviyyədə düşünür. Biri uşaqlığı keçdiyi şəhər kimi, o biri ilk məhəbbətini tapdığı yer kimi, kim isə ünvanının bir hissəsi kimi...
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Gəlin Bakıya həm qürur duyduğumuz müstəqil dövlətimizin paytaxtı kimi, həm havasına, boz divarlarına, günəş altında əriyən asfaltına qurban olduğumuz müqəddəs yer kimi, həm hər birimizin qayğısına, qulluğuna, məhəbbətinə böyük ehtiyac duyan ağbirçək anamız kimi münasibət bəsləyək. Belə olarsa, gələcək nəsillər qarşısında vicdanımız təmiz, başımız uca olar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
11 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















