Rəqəmsal ödənişlər - Birinci yarımilliyinin nəticələri açıqlandı
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər davam etdirilir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin birinci yarımili üzrə ölkədə banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131.3 mlrd manat, sayı 25 mln 378 min ədəd təşkil etmiş və ötən ilin analoji dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5.1% və 41.3% artım müşahidə olunmuşdur.
Hökumət Ödəniş Portalı (HÖP) üzərindən cari ilin I yarımili üzrə həyata keçirilən əməliyyatların həcmi 1 mlrd 412 mln manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln manatı nağdsız qaydada həyata keçirilmişdir ki, bu göstərici 2018-ci ilin I yarımili ilə müqayisədə 3,4 dəfə artmışdır.
30.06.2019-cu il tarixinə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 milyon ədədi ötmüşdür. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olmuşdur. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artmışdır.
I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 mlrd 532 mln manat təşkil etmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artım olmuşdur. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil etmişdir ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.
30.06.2019-cu il tarixinə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2571 ədəd olmuşdur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1373-ü Bakı şəhərində, 1198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63396 ədəd olmuşdur ki, bunun da 25747 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin I yarımili ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5305 ədəd) artmışdır.
"Aparılan təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın hədəflərinə nail olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir",- Məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
20 d. əvvəl
AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı
-
26 d. əvvəl
Xiaomi-nin səhmləri yenilənmiş SU7-nin təqdimatından əvvəl 5% bahala.;b
-
-
46 d. əvvəl
Xüsusi karantin rejiminin müddəti uzadıldı - 1 İYULADƏK QURU SƏRHƏDLƏR BAĞLI QALACAQ
-
1 saat əvvəl
20–30 mart tarixlərində əlavə reyslər təyin ediləcək - “Azərbaycan Dəmir Yolları”
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
-
1 saat əvvəl
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
-
2 saat əvvəl
“McDonald’s Azərbaycan” xidmət sahəsində məşğulluğun inkişafına töhfəyə görə mükafata layiq görülüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan 153 ölkə arasında 80-ci yerdə olub
Göygöl Şərab Zavodu nümunəvi vergi ödəyicisi kimi təltif olunub
Mir Camal Paşayev: “2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi ilə başladı”
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Goldman Sach: Türkiyə Mərkəzi Bankı apreldə faiz artıra bilər
Neft qiymətləri artmaqda davam edir - "ABŞ İranla bağlı bir neçə yüksək riskli hərbi variantı nəzərdən keçirir"
Bu yay "Sea Breeze" ərazisində italyan və Mərakeş restoranı açılacaq
Rəsmi məzənnələr açıqlandı

























