“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti kəskin artıb
“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 3 milyon 384 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 2,4 dəfə artıb. Belə ki, “Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin 1-ci yarısını 1 milyon 401 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin artmasına xərclərin və ehtiyatın yaradılmasına ayırmanın kəskin azalması səbəb olub.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”nın cəmi gəlirləri 23 milyon 662 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bank 25 milyon 419 min manat cəmi gəlir əldə etmişdi. Cəmi gəlirlərin 6,9% azalması qeyri-faiz gəlirlərinin 15,8% azalması ilə bağlıdır. Bankın faiz gəlirləri 2,5% artıb.
XƏRCLƏRİNİ AZALDIB
Cəmi gəlirlərin 6,9% azalması ilə bərabər cəmi xərclər 10,8% azalıb. Ötən ilin ilk 6 ayında 17 milyon 783 min manat təşkil etmiş cəmi xərclər bu ilin eyni dövründə 15 milyon 864 min manata düşüb. “Yapı Kredi Bank Azərbaycan”ın həm faiz, həm də qeyri-faiz xərcləri azalıb.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
İlk 6 ayın yekununda “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti 7 milyon 798 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ 7 milyon 637 min manat idi. Əməliyyat mənfətinin artması faiz və qeyri-faiz xərclərinin azalmasından qaynaqlanıb.
EHTİYATA AYIRMA AZALIB
Cari ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan” 7 milyon 798 min manat əməliyyat mənfəətinin 3 milyon 463 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 1 milyon 96 min manat mənfəət vergisi ödəyib. 2018-ci ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan” 7 milyon 637 min manat əməliyyat mənfəətinin 5 milyon 626 min manatını ehtiyatın yaradılmasına ayırmış və 609 min manat mənfəət vergisi ödəmişdi. Ehtiyatın yaradılmasına ayırmanın 2 milyon 163 min manat və ya 38,4% azalması xalis mənfətin daha yüksək məbləğdə qalmasını təmin edib. Qeyd edək ki, ehtiyatın yaradılmasına ayırmanın azalması bankın kredit portfelinin müsbət keyfiyyət dinamikasını əks etdirir.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 408 milyon 917 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 167 milyon 844 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 30 İyun 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 406 milyon 825 min manat cəmi aktivlərə, o cümlədən 161 milyon 262 min manat kredit portfelinə malik idi. 31 Mart 2019-cu il tarixində isə müştərilərə verilən kreditlər 163 milyon 81 min manat təşkil etmişdi.
2-Cİ RÜBDƏ DEPOZİTLƏR YENİDƏN ARTIB
2019-cu ilin 2-ci rübündə “Yapı Kredi Bank Azərbaycan”da depozitlər yenidən artıb. 31 Mart tarixində 278 milyon 740 min manata düşmüş depozitlər 30 İyun 2019-cu il tarixində 298 milyon 628 min manata çatıb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 63 milyon 421 min manatdan 77 milyon 152 min manata yüksəlib.
30 İyun 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 72 milyon 104 min manat məcmu kapitala malik olub. Ötən ilin İyun ayının sonu ilə müqayisədə Bankın məcmu kapitalı 10% artıb. Artımın əsas səbəbləri Bankın nizamnamə kapitalının artırılması və mənfəətinin artmasıdır.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Bankın ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 saat əvvəl
"PAŞA Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
-
5 saat əvvəl
"Meqa Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
- 5 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
-
7 saat əvvəl
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
-
8 saat əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch Ratings: AFB Bankın depozit artımı orta bazar göstəricilərini üstələyib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“GL” ASC 15 faiz gəlirli istiqrazlarla 1 milyon manat cəlb edir
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a “Stabil” qiymətini verdi
Ən çox oxunanlar
Əliyevlə Tramp arasında telefon danışığı olub
İsrailin Azərbaycandakı səfiri Prime Cotton-u ziyarət edib
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
Gəlirləri artsa da, mənfəəti kəskin düşün – “A-Qrup Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb






























